MƏDƏNİYYƏT


Məşhur kino ulduzları Ciddədə bir araya gəliblər

Qahirə, 2 dekabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının Ciddə şəhərində start götürən Qırmızı dəniz Film Festivalının açılış mərasimi Hollivud və Bollivud ulduzlarının iştirakı ilə daha möhtəşəm olub.

AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, festivalın açılış mərasimində məşhur aktrisalar Şeron Stoun və Priyanka Çopra, kinorejissor Oliver Stoun, aktyor Şahrux Xan, habelə Səudiyyə Ərəbistanı, Misir, Livan və digər ərəb ölkələrinin ulduzları qırmızı xalının üzərinə çıxıblar.

Kinofestivalda 61 ölkədə istehsal olunmuş 131 tammetrajlı və qısametrajlı ekran əsəri 41 dildə subtitrlə nümayiş etdirilir. Səudiyyə Ərəbistanının kinematoqrafçıları ilk dəfə festivala 25 bədii və sənədli film təqdim ediblər.

Dekabrın 10-dək davam edəcək kinofestival çərçivəsində Qırmızı dəniz Ticarət Sərgisi də təşkil olunacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.