DÜNYA
“Metyu” qasırğası səbəbindən Kubada 1,3 milyon insan təxliyyə edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Maddi ziyan və daşqınlar... Bir neçə saat əvvəl Haiti və Dominikan Respublikasından keçən “Metyu” qasırğası artıq Kubanın şərqində də daşqınlar və dağıntılar törədib. Qasırğa son dərəcə təhlükəli kimi qiymətləndirilir. Leysanla müşayiət olunan qasırğanın mərkəzində küləyin sürəti saatda 220 kilometrə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qasırğa səbəbindən Kubada 1 milyon 300 min insan təxliyyə edilib.
ABŞ Qasırğaların Monitorinqi Mərkəzinin məlumatına əsasən qasırğa Baham adalarına doğru irəliləyir.
“Metyu” son 10 ildə Karib hövzəsində baş verən ən şiddətli qasırğadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]