SİYASƏT
Mikola Kurka: Azərbaycan son 15 ildə hüquqi dövlətin inkişafı istiqamətində fundamental işlər görüb
Kiyev, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəldiyi 15 il ərzində hüquqi dövlətin qurulması və onun inkişafı istiqamətində fundamental işlər görülüb.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasının rektoru, hüquq elmləri doktoru Mikola Kurka söyləyib.
Bu müddət ərzində Azərbaycanda ictimai-siyasi həyatın demokratikləşməsi, vətəndaş cəmiyyəti quruculuğunda verilən qərarları yüksək qiymətləndirən M.Kurko bildirib ki, bu gün Azərbaycan regionda lider dövlətə çevrilib. “Azərbaycanın inkişafına ancaq sevinmək olar. Çünki Azərbaycan dünya dövlətləri ilə səmimi, mehriban, hüquqi dövlət prinsiplərinə uyğun siyasət yeridir”, deyə o əlavə edib.
Rektor qeyd edib ki, Azərbaycan dayanıqlı, milli maraqları özündə təcəssüm etdirən uğurlu siyasət yürüdür. Bu da öz nəticələrini verməkdədir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev