DÜNYA
Milanko Kayqaniç Bosniya və Herseqovinanın baş prokuroru olub
Sarayevo, 20 oktyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın Hakimlər və Prokurorlar Ali Şurasının oktyabrın 20-də keçirdiyi seçkilərdə Milanko Kayqaniç ölkənin yeni baş prokuroru seçilib.
AZƏRTAC xəbər verir ki, işlədiyi müddətdə əsasən mülki vətəndaşlara qarşı törədilən müharibə cinayətlərinə diqqətini yönəldən M.Kayqaniç baş prokuror kimi də müharibə cinayətləri, mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə üçün təhqiqat qrupları yaradacağını və bu sahədə yeni dövlət strategiyası hazırlayacaqlarını bildirib.
Qeyd edək ki, Bosniya və Herseqovinanın sabiq baş prokuroru Qordana Tadiç, eləcə də baş prokurorluğa digər namizəd Diana Kaymakoviç ABŞ-ın sanksiyalar siyahısına daxil edilmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo