İDMAN


Milli Hokkey Liqasının oyunçuları komanda şəklində məşqlərə başlayıblar

Bakı, 24 iyun, AZƏRTAC

Milli Hokkey Liqasının (MHL) oyunçuları komanda şəklində məşqlərə başlayıblar. İyunun 8-dən hokkeyçilər 6 nəfərdən ibarət qruplarla məşq keçirdilərsə, artıq 12 idmançı bir yerdə məşq edə bilir.

AZƏRTAC xəbər verir ki, iyunun 10-da təlim-məşq toplanışına qatılan oyunçular müəyyən problemlərlə üzləşiblər. Belə ki, həmin gün MHL-in 11 oyunçusunda koronavirus aşkar edilib.

Digər liqalarda olduğu kimi MHL-də də mövsüm pandemiyaya görə yarımçıq dayandırılmışdı. Mövsümün bərpasından sonra isə Stenli Kubokunda 24 komanda çıxış edəcək. Müntəzəm çempionatdakı nəticələrə əsasən “Ottava Senators”, “Detroyt Red Vinqs”, “Baffalo Seybrz”, “Nyu Cersi Devils”, “Los Anceles Kinqs”, “San Xose Şarks” və “Anahaym Daks” titul uğrunda mübarizə apara bilməyəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.