MƏDƏNİYYƏT
Milli Kitabxanada “İmran Qasımov - 100” və “Həsən Məmmədov - 80” adlı kitab sərgiləri açılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, dramaturq, kinossenarist və publisist, ictimai xadim, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İmran Qasımovun anadan olmasının 100 illiyi münasibətilə “İmran Qasımov - 100” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının müəllifi olduğu və haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Eyni zamanda, Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyi münasibətilə “Həsən Məmmədov - 80” adlı kitab sərgisi açılıb. Sərgidə kino və teatr səhnəmizdə rəngarəng obrazların mahir ifaçısı kimi tanınan Həsən Məmmədovun həyat və yaradıcılığı haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.