MƏDƏNİYYƏT


Milli Kitabxanada “Professor Hafiz Paşayev” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

Bakı, 1 may, AZƏRTAC

Mayın 2-də görkəmli professor Hafiz Paşayevin 80 illik yubileyi tamam olur. Hafiz Paşayev XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdən biridir. O, böyük bir nəslin parlaq nümayəndəsi, müdrik insan və gözəl bir ailə başçısı kimi, özünün bütün davranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin sarsılmaz mənəvi dəyərlər qalasını ucaltmışdır.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Professor Hafiz Paşayev” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə professor Hafiz Paşayev haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları, mükafatları, fotolar, müəllifi olduğu, haqqında yazılmış kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Professor_Hafiz_Pasayev/index.htm linkindən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.