Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclis Sədrinin müavini: Həyatın bütün sahələrindəki inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

Milli Məclis Sədrinin müavini: Həyatın bütün sahələrindəki inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

Bakı, 15 aprel, AZƏRTAC 

Xəbər verildiyi kimi, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Müşavirə zamanı bir daha məlum oldu ki, ölkəmiz 2019-cu ili böyük uğurla başa vurub və 2020-ci ilin əvvəlindən başlayaraq bütün sahələrdə inkişaf yüksək səviyyədə həyata keçirilir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə başlanmış həm iqtisadi, həm də sosial islahatlar gözlənilən nəticələri verib. Həmin islahatların ardıcıl şəkildə aparıldığı vaxtda bir anda bütün dünyada tüğyan edən koronavirus (COVID-19) epidemiyası müəyyən çətinliklər yaradıb. Belə ki, hazırda bu epidemiyanın dünya iqtisadiyyatını iflic etməsinə baxmayaraq, xəstəliyin ölkəmizdə yarada biləcəyi fəsadlar dövlətimizin başçısının mütərəqqi göstərişləri nəticəsində minimuma endirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib.

Adil Əliyev bildirib ki, pandemiyaya qarşı mübarizədə Azərbaycan dünyanın bir çox ölkələrindən fərqli olaraq qabaqlayıcı tədbirlər görüb, düşünülmüş siyasət nəticəsində xəstəliyin yaradacağı fəsadların azalmasına nail olub. Digər tərəfdən, inkişaf da artan xətlə davam etməkdədir. Hazırda ölkəmizdə karantin məqsədilə istifadə edilən otellərlə yanaşı, altı mobil xəstəxananın çox qısa zamanda tikilməsi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən göstəriş verilib, habelə xəstələrin müalicəsi üçün lazım ola biləcək bütün tibbi avadanlıqların dərhal gətirilməsi tapşırılıb.

Təbii ki, pandemiyanın Azərbaycanla həmsərhəd olan ölkələrdə, həmçinin ticarət tərəfdaşlarımız olan ölkələrdə geniş yayılması, nəticədə sərhədlərin bağlanması iqtisadiyyata mənfi təsirini göstərir. Lakin sevindirici haldır ki, bu gün dünyanın 150-dən çox ölkəsi yardım üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət etsə də, ölkəmizin adı həmin siyahıda yoxdur. Yəni, bu gün ölkəmiz ən azı dünyanın 150 ölkəsindən daha yaxşı vəziyyətdədir, dünya birliyinin mütləq əksəriyyətinin yardıma ehtiyac duyduğu bir vaxtda əlimizdə olan resurslar bu çətin vəziyyəti idarə etməyə imkan verir.

Hazırda ölkəmizdəki müsbət dinamika göz qabağındadır. Bunun nəticəsidir ki, keçən il dövlət büdcəsinə proqnozda nəzərdə tutulduğundan əlavə 1 milyard manat, bu ilin üç ayında isə 310 milyon manat gəlir daxil olub.

“Cənab Prezident müşavirədə cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına nəzər salaraq bir daha bildirdi ki, son üç ayda ümumi daxili məhsulda 1,1 faiz artım, qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artım olub. Bütün dünyanın koronavirus pandemiyasına görə böhrana düçar olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həm də qeyri-neft sektorunda inkişafın qeydə alınması bir daha deməyə əsas verir ki, uğurla aparılan siyasət hər vəziyyətdə və hər cür şəraitdə öz bəhrəsini verəcək”.

Təqdirəlayiq məsələlərdən biri də budur ki, Azərbaycan Prezidenti yaranmış vəziyyətlə əlaqədar büdcədə zəruri olmayan layihələrin dayandırılması və ixtisara salınması barədə göstəriş versə də, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini bildirdi. Bu müjdə bir daha onu deməyə əsas verir ki, ölkəmizdə aparılan siyasətin ana xəttini Azərbaycan Respublikasının vətəndaşı tutur, vətəndaşa yüksək qiymət verilir, görülən hər bir iş vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəlib.

Dövlətimizin başçısı müşavirə zamanı pandemiyaya qarşı mübarizə üçün 2,5 milyard manat vəsait ayrıldığını, habelə həmin vəsaitin artırılması ilə əlaqədar heç bir çətinliyin olmadığını bildirdi. Nəzərə çatdırdı ki, lazımi avadanlıqların və ləvazimatların alınması üçün ayrılmış Prezidentin ehtiyat fondundan ayrılmış 97 milyon manat və gələcəkdə ayrılması nəzərdə tutulan 150 milyon manat 2,5 milyard manatın içində deyil.

Bu gün ölkəmizdə sosial sahəyə göstərilən qayğının nəticəsidir ki, orta aylıq əməkhaqqı 28 faiz, orta pensiyanın məbləği 27 faiz artıb. Nəticədə hazırda orta aylıq əməkhaqqı 712, orta pensiya 295, yaşa görə pensiya isə 330 manata yaxındır. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur.

Onu da qeyd edim ki, bu gün bütün dünyanın gözəgörünməz düşmənə qarşı (COVID-19) mübarizə apardığı bir şəraitdə cənab Prezident məcburi köçkün və şəhid ailələrini də unutmadı, minimum 7 min köçkün ailəsinin və minimum 1500 şəhid ailəsinin yeni mənzillərlə təmin ediləcəyini bildirdi. Bu qayğı Azərbaycan dövlətində bütün sahələrə göstərilən diqqətin nəticəsidir”, - deyə Milli Məclis Sədrinin müavini bildirib.

Adil Əliyev qeyd edib ki, ölkə başçısının müşavirə zamanı struktur islahatlarına diqqət çəkməsi inkişafın yalnız siyasi-iqtisadi sahələri əhatə etmədiyini bir daha göstərdi. Ölkədə aparılan siyasi islahatların, kadr islahatlarının uğurlu nəticələri göz qabağındadır. Bu islahatlar Prezident Administrasiyasını, Nazirlər Kabinetini, Milli Məclisi əhatə edib. Hakimiyyətin bütün qollarında aparılan islahatlar bir məqsəd daşıyır: idarəetmə mexanizmi təkmilləşsin, gəncləşmə siyasəti geniş tətbiq olunsun, peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin, idarəetmədə inkişafa mane olan bütün hallar aradan qaldırılsın.

Bu ilin fevral ayında Milli Məclisə keçirilən növbədənkənar seçkilər xalqımızın iradəsini ifadə edib, vətəndaşlarımız tərəfindən bəyənilərək dəstəklənib. Parlament seçkilərinin demokratik şəkildə keçirilməsi, habelə VI çağırış Milli Məclisdə müxalifət partiyalarının nümayəndələrinin yüksək vəzifələrdə təmsil olunması onu deməyə əsas verir ki, iqtidar-müxalifət dialoqu sağlam əsaslara söykənib.

Ölkə başçısının tapşırığına uyğun aparılan siyasi kursdan heç kəs kənarda qalmır. Dialoqa qoşulmaq istəyən müxalifət nümayəndələri də demokratikləşmə ilə bağlı çağırışlara müsbət reaksiya veriblər. Bu siyasətin bir tək ana xətti vardır ki, ölkəmizin inkişafı təmin edilsin və vətəndaşların sosial rifahını yaxşılaşdırmaqla doğma Vətənimizi, el-obamızı daha yaşanılası bir yer edək. O ki qaldı dialoqdan imtina edən kəsimə, onlar özlərini müxalifət adlandırsalar da, məlumdur ki, o şəxslər aparılan siyasətə yox, dövlətə və dövlətçiliyə müxalif insanlardır. Öz “sahiblərindən” aldıqları siyasi sifarişləri bu xalqın əleyhinə düşünmədən yerinə yetirən şəxsləri xalq yaxşı tanıyır və cəmiyyət onları heç cür qəbul etmir. Təbii ki, ölkə başçısının da dediyi kimi, onlara siyasi konfiqurasiyada da yer yoxdur, bunu özləri də başa düşür və qəbul edirlər.

Beləliklə, cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirənin nəticəsində bir daha aydın oldu ki, aparılan uğurlu islahatlar bütün sahələrdə öz nəticəsini verir, bütün sahələrdə inkişaf müsbət dinamika ilə davam edir, iqtisadi vəziyyət nəzarət altında olmaqla yeni ehtiyatlar axtarılır, sosial islahatlar çox uğurlu şəkildə davam etdirilir. Aparılan uğurlu islahatlar ölkəmizin inkişafına, vətəndaşların rifah halının yaxşılaşdırılmasına hesablanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub