Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə üç məsələ daxil edilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə Dağlıq Qarabağda təmas xəttində vəziyyətlə bağlı fikirlərini bildirib. O qeyd edib ki, Ermənistanın sentyabrın 27-dən başlayaraq ölkəmizə hərbi hücumu barədə bütün beynəlxalq təşkilatlar, dünya ölkələri məlumatlandırılıb. Düşmənin hərbi təxribatı nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulub. Nəticədə 16 mülki vətəndaşımız qətlə yetirilib, onlardan üçü uşaqdır. Hərbi qulluqçularımız arasında da həlak olanlar və yaralananlar var. Ermənistan hərbi qüvvələri Azərbaycanın yaşayış məntəqələrini - evləri, məktəbləri, xəstəxanaları hədəfə alıb. Ermənistanın işğalçı qüvvələri hətta işğal altında olmayan ərazilərimizi, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikləri atəşə tutur.

Bəxtiyar Əliyev bildirib ki, hazırda Azərbaycan tərəfinin apardığı uğurlu əks-hücum əməliyyatları nəticəsində bir çox strateji yüksəkliklər, yaşayış məntəqələri azad edilib. Ermənistan ordusuna məxsus 200-dən artıq tank, hərbi texnika, 100-dən artıq artilleriya və reaktiv sistemlər sıradan çıxarılıb. Bütün bunlar göstərir ki, Ermənistan qəti surətdə danışıqlara, sülhə hazırlaşmırdı. Əksinə, Prezident İlham Əliyev bəyan etdiyi kimi, düşmən Azərbaycanın 20 faizini işğal etməklə yanaşı, əlavə əraziləri də ələ keçirmək üçün növbəti döyüşə hazırlaşırdı. Bunlar onu deməyə əsas verir ki, Ermənistan öz təcavüzkar siyasətindən qətiyyən əl çəkməyib. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrdə deyilir ki, işğalçıya silah satıla bilməz. Vaxtında Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, bu gün döyüş bölgəsində, Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfindən dinc sakinlərin qanı yenidən axıdılmazdı.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyi ilə əlaqədar keçirilən Sessiyada videokonfrans vasitəsilə çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmalıdır. Yalnız bundan sonra bölgədə sülh bərqərar olar və sülh danışıqları aparıla bilər. Bu, beynəlxalq hüququn normasıdır, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələbidir.

Komitə sədri çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub, fikirlərini söyləyib. Bildirib ki, bu gün Azərbaycan özünün əzəli torpaqları uğrunda mübarizə aparır və əminik ki, bu mübarizə bizim qələbəmizlə nəticələnəcək.

Sonra Bəxtiyar Əliyev iclasın gündəliyi barədə məlumat verib. Qeyd edilib ki, gündəlikdəki qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.

“Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ ilə bağlı bildirilib ki, layihə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlanıb. Düzəliş övladlığa götürülən uşaqların təhsil xərclərinin dövlət vəsaiti hesabına ödənilməsini ehtiva edir. Bu, ölkəmizdə övladlığa götürməni, xüsusilə də az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsini təşviq edəcək.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun tarixli və “Ümumi təhsil haqqında” 2019-cu il 29 mart tarixli Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanıb.

Qeyd edilib ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna “inklüziv təhsil” anlayışı əlavə olunub, digər termin və ifadə dəyişiklikləri edilib.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa təklif olunan dəyişikliyə görə, təsisçisi əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

“Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər “Ümumi təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır və qanunda ümumi təhsillə bağlı normaların təkmilləşdirilməsinə xidmət edir.

“Ümumi təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər dəqiqləşdirmə və bir sıra qanunlara uyğunlaşdırma məqsədi daşıyır. Qanunda ümumi təhsil müəssisəsində günü uzadılmış qrupların yaradılması nəzərdə tutulsa da, onun təşkili mexanizmi olmadığından qanuna günü uzadılmış qrupların təşkili qaydasının müəyyənləşdirilməsini nəzərdə tutan yeni cümlə əlavə edilir.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar bildirilib ki, Məcəlləyə yeni 192.12-ci maddə əlavə olunur. Əlavəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.

Müzakirələr zamanı komitə üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Etibar Əliyev, Anar İsgəndərov, Fatma Yıldırım, Şahin Seyidzadə, Kamilə Əliyeva, Pərvin Kərimzadə, Afət Həsənova, Tamam Cəfərova, Ülviyyə Ağayeva qanun layihələrinin əhəmiyyəti barədə fikirlərini səsləndiriblər.

Deputatlar öz çıxışlarında Dağlıq Qarabağda baş verən son hadisələrə münasibət bildiriblər. Qeyd edilib ki, Azərbaycan bu gün öz əzəli, beynəlxalq səviyyədə tanınmış torpaqları uğrunda mübarizə aparır. Millət vəkillər bu haqq işində şanlı ordumuza uğurlar diləyiblər.

Müzakirələrin sonunda təqdim edilən qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb