Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2022-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasda 4 məsələnin müzakirəyə çıxarıldığını bildirib. O, birinci məsələnin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) olduğunu söyləyib.

Qanun layihəsinin Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini bildirən komitə sədri bildirib ki, dünyada baş verən ümumi böhran fonunda 2022-ci il ölkəmizdə iqtisadi inkişaf baxımından uğurlu olub. Ölkədə maliyyə-iqtisadi sabitlik qorunub saxlanılıb, ümumi daxili məhsulun artımına nail olunub, qarşıda duran hədəflərin icrası ilə bağlı müsbət nəticələr əldə edilib.

Diqqətə çatdırılıb ki, 2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ümumi daxili məhsulun həcmi 100 milyard manatı ötərək, 133,8 milyard manat təşkil edib. Ötən il orta illik inflyasıya 13,9 faiz təşkil edib. Azərbaycanda inflyasiya ilə mübarizə sahəsində atılan addımlar onun mənfi təsirlərinin azalmasına imkan yaradıb. 2022-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481 milyon manat artıq icra olunub, xərcləri isə 32 milyard 64,6 milyon manat həcmində icra edilib. O, icra göstəricilərinin yüksək olduğunu və bunun qarşıda duran hədəflərin yerinə yetirilməsi baxımından əhəmiyyətini qeyd edib, kəsirin 3,1 milyard manat planlaşdırıldığını, nəticədə isə 1 milyard 385 milyon manat təşkil etdiyini deyib.

Maliyyə nazirinin müavini Azər Bayramov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, 2022-ci ildə əsas kapitala yönəldilən vəsaitin məbləği 18,3 milyard manat təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 80,6 faizi daxili mənbələr hesabına formalaşıb. İnvestisiyaların 5,4 milyard manatı neft, 12,9 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb.

Qeyd edilib ki, ötən il xarici ticarət üzrə əməliyyatların həcmi 56,2 milyard ABŞ dolları olub. Bunun 41,7 milyard dolları ixrac, 14,5 milyard dolları isə idxal əməliyyatlarının payına düşür. Cari əməliyyatlar hesabında 23,5 milyard ABŞ dolları həcmində və ya əvvəlki illə müqayisədə 2,8 dəfə çox profisit qeydə alınıb.

Diqqətə çatdırılıb ki, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat olub. Dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 22,9 faiz təşkil edib. Büdcə gəlirlərinin 50,7 faizi Dövlət Vergi Xidmətinin, 18,4 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 25,8 faizi Dövlət Neft Fondundan transfertin, 5,1 faizi digər gəlirlər üzrə daxilolmaların payına düşür. Büdcə gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 15 milyard 350 milyon manat təşkil edir. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmaların 53 faizi vergi, 36,8 faizi gömrük orqanlarının xətti ilə, 10,2 faizi isə digər mənbələrdən daxilolmaların payına düşür. Büdcə gəlirlərində neft sektoru üzrə daxilolmalar 15 milyard 329,6 milyon manat təşkil edib. Neft sektoru üzrə büdcə gəlirlərinin 51,7 faizini Dövlət Neft Fondundan transfert, 48,3 faizini isə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən neft sektorundan daxilolmalar təşkil edib.

Məlumat verilib ki, 2022-ci il dövlət büdcəsinin xərcləri ilkin olaraq 29 milyard 879 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinə yenidən baxılaraq, onun xərcləri artırılaraq 32 milyard 303,8 milyon manat məbləğində müəyyən edilib. Büdcə xərcləri 99,3 faiz həcmində icra olunub. Ötən ilin dövlət büdcəsi xərclərinin 36,1 faizini sosialyönümlü xərclər təşkil edib. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə ümumilikdə 9 milyard 221,9 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da, aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 9 milyard 151,2 milyon manat məbləğində vəsait ayrılıb. Proqnoza nisbətən 70,7 milyon manat az vəsait istifadə olunub.

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 5 milyard 622,5 milyon manat məbləğində vəsait yönəldilib. Bu, 2021-ci illə müqayisədə 15,1 faiz çoxdur.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 311 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 61,8 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 25,1 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 10,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 2,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür. Həmin vəsaitin 4 milyard 70,9 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına, 24,8 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.

Həmçinin vurğulanıb ki, hesabata əsasən, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 517,9 milyon manat məbləğində vəsait istifadə olunub. Bu vəsaitin 486,7 milyon manatı (94 faiz) əsaslı xərclərin, 31,2 milyon manatı (6 faiz) cari xərclərin maliyyələşdirilməsinə yönəldilib. 2022-ci il dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin məbləği 1 milyard 459 milyon manat olub. İl ərzində aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq həmin vəsaitin 99,9 faizi istifadə edilib.

Qeyd olunub ki, beynəlxalq münasibətlər, xarici yardımlar, Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 2022-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 365,4 milyon manat məbləğində vəsaitin 362,5 milyon manatı və ya 99,2 faizi istifadə olunub. Ötən il dövlət proqramlarının və məqsədli tədbirlərin maliyyə təminatı üçün dövlət büdcəsinin faktiki xərclərinin 15 milyard 341,6 milyon manat (47,8 faizi) məbləğində vəsait yönəldilib. Həmin vəsaitin 59,9 faizi məqsədli dövlət proqramlarının, 40,1 faizi məqsədli təyinatlı tədbirlərin icrasına sərf edilib. 2022-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 106 milyon manat məbləğində təsdiqlənsə də faktiki kəsir 1 milyard 385 milyon manat təşkil edib.

Diqqətə çatdırılıb ki, 2022-ci il üzrə icmal büdcənin gəlirləri 36 milyard 760,9 milyon manat proqnoza qarşı 6 milyard 336,7 milyon manat və ya 17,2 faiz çox icra edilməklə, 43 milyard 97,6 milyon manat təşkil edib. İcmal büdcənin xərcləri 35 milyard 640,9 milyon manat proqnoza qarşı 35 milyard 73,6 milyon manat və ya 1,6 faiz az icra edilsə də, bu, 2021-ci illə müqayisədə 16,9 faiz çoxdur.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri Fondun 5 milyard 606,3 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 102,2 faiz icra olunub. Bu, 2021-ci illə müqayisədə 551,7 milyon manat çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 5 milyard 606,3 milyon manata qarşı 93,7 faiz icra olunub. Bu da bir il əvvəlkinə nisbətən 409,1 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 181,4 milyon manat proqnoz göstəricisinə qarşı 95,3 faiz icra olunub. Fondun büdcəsinin xərcləri 181,4 milyon manat proqnoz göstəricisinə qarşı 163,4 milyon manat həcmində icra edilib. Dövlət Neft Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 15 milyard 789,1 milyon manat proqnoz göstəricisinə qarşı 6,8 faiz çox olub. Fondun büdcəsinin xərcləri 7 milyard 960,4 milyon manat icra edilib ki, bu da proqnoz göstəricisinə qarşı 31,2 faiz azdır.

Həmçinin vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri üzrə proqnozdan artıq daxilolmalar da nəzərə alınmaqla muxtar respublikanın büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi üçün 2022-ci il dövlət büdcəsindən 425 milyon manat və ya proqnoza nisbətən 32,6 milyon manat az dotasiya ayrılıb. Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 607,6 milyon manat təşkil edib. Bu isə 2021-ci illə müqayisədə 85,6 milyon manat (16,4 faiz) çoxdur.

2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat təqdim edildikdən sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ötən ilin makroiqtisadi çərçivəsi, proqnoz göstəriciləri, iqtisadi artım barədə məlumatı, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkənin 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatla bağlı Palatanın rəyini diqqətə çatdırıblar.

Məsələ ətrafında gedən müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Rüfət Quliyev, Vahid Əhmədov, Elnur Allahverdiyev, Aydın Hüseynov, Məşhur Məmmədov, Məzahir Əfəndiyev 2022-ci ilin dövlət büdcəsinin uğurla icra edildiyini, ölkədə makro-iqtisadi sabitliyin nəzarət altında olduğunu bildiriblər. Qeyd edilib ki, sənədin hazırlanmasında şəffaflıq, hesabatlılıq, beynəlxalq öhdəliklərlə bağlı uyğunluğun təmin edilməsi kimi şərtlərə əməl olunub.

Maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov səsləndirilən sualları ətraflı cavablandırıb, qaldırılan bəzi məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Sonra iclasda “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq olunması barədə qanun layihəsi təqdim edilib.

Bildirilib ki, Fondun yaradılmasına dair Saziş martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fondun fəaliyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasda, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) və Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri də nəzərdən keçirilib.

Həmin sənədlər də Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib