SİYASƏT


Milli Məclisin deputatı MDB PA komissiyasının sədr müavini seçilib

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB PA) Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının hibrid formatda iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, parlamentin deputatı, MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının üzvü Fəzail Ağamalı tədbirə videokonfrans formatında qatılıb.

İclasda təşkilati məsələlərə baxılıb, Milli Məclisin deputatı Fəzail Ağamalı bu komissiyanın sədr müavini seçilib.

Sonra gündəliyə daxil olan məsələlərin müzakirəsi aparılıb. Komissiya seçki hüququ ilə bağlı sənədlər üzərində işini davam etdirib, seçkilərin müşahidəsi, seçkilərə xarici müdaxilənin qarşısının alınması, həmçinin bələdiyyə və dövlət idarəetməsi kimi məsələlərlə bağlı model qanun və tövsiyə layihələrini nəzərdən keçirib.

İclasda komissiyanın 2021-ci ildə fəaliyyətinin yekunları haqqında məlumat dinlənilib, qarşıdakı dövr üçün model qanunvericiliyə dair perspektiv plana baxılıb, növbəti iclasın gündəliyi və vaxtı müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.