SİYASƏT
Milli Məclisin deputatları Avstriyaya səfər edəcəklər
Bakı, 1 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatları, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və qrupun üzvü Nurlan Həsənov Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə oktyabrın 2-də Vyana şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində deputatlarımızın parlamentdə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı parlamentlərarası əlaqələrin perspektivləri və ikitərəfli münasibətlərin gələcək inkişafı barədə müzakirələr aparılacaq.
Səfər oktyabrın 4-də başa çatacaq.