Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib YENİLƏNİB

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib YENİLƏNİB

Bakı, 19 iyun, AZƏRTAC 

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan parlamentin Sədri Sahibə Qafarova iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilmiş Sammitindən danışıb. O, Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan ilə Avropa İttifaqının 9 üzv ölkəsi arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. “Prezident İlham Əliyev sammitdə vurğuladı ki, biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinə dair danışıqların yekun mərhələsindəyik, mətnin 90 faizi artıq razılaşdırılıb. Ona görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir,” – deyə Sahibə Qafarova bildirib.

Sədr Azərbaycan Prezidentinin sammitdə növbəti dəfə işğalçı Ermənistanın baş nazirini ifşa etdiyini vurğulayıb. Əlavə edib ki, dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Prezident Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq şəkildə ifşa edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir və işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ermənistan danışıqların mahiyyətini və formatını məhv etməyə çalışır. Prezident İlham Əliyevin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyətin gözü önündə aciz vəziyyətə düşdü. Dövlətimizin başçısının irqçilik və terrorizmlə bağlı məsələlər ətrafında müzakirə gedəndə “ona sakit oturmağı tövsiyə edərdim” deməsi həm də Ermənistanın işğalçılıq siyasətinin, terrorizmi dəstəkləməsinin ifşası oldu. Nikol Paşinyan isə daha bir beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan faktları qarşısında heç bir cavab verə bilmədi. Bunu işğalçı dövlətin aldığı növbəti diplomatik zərbə kimi dəyərləndirmək olar.

Milli Məclisin Sədri bildirib ki, hələ ötən ilin oktyabr ayında Soçi şəhərində "Valday" Diskussiya Klubunun toplantısında, daha sonra Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında, bu ilin fevral ayında isə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən müzakirələrdə dövlətimizin başçısı öz zəngin biliyi və cəsarəti ilə işğalçı ölkəni ifşa etmişdi. Azərbaycan Prezidenti bir daha sübut etdi ki, ölkəmizin maraqlarını, ədalətli mövqeyini bütün platformalarda ən yüksək səviyyədə və cəsarətlə müdafiə edir. Bu, Milli Məclisin deputatları olaraq hər birimiz üçün bir örnəkdir.

Sonra parlamentin Sədri Sahibə Qafarova iclasın gündəliyi barədə məlumat verib. O, gündəliyə 17 məsələnin daxil edildiyini deyib.

Gündəlik təsdiq olunduqdan sonra deputatlar cari məsələlərdən danışıblar.

Sonra gündəliyə daxil olan məsələlər müzakirə edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Komitə sədri layihənin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı 34 deputatın çıxış etdiyini, qeyd və təkliflərini verdiyini, bir sıra məsələlərə Maliyyə naziri Samir Şərifovun aydınlıq gətirdiyini xatırladıb. O qeyd edib ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. Həyata keçirilən iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnib. Vurğulanıb ki, ötən ilin dövlət büdcəsi Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra edilib. Bütün sosial proqramlar və xüsusilə də iki böyük sosial paket icra edilib, nəzərdə tutulan hədəflərə nail olunub.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov deputatları maraqlandıran bir sıra məqamlara aydınlıq gətirib.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədlə (üçüncü oxunuş) bağlı məlumat verib. O, layihə barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verildiyini qeyd edib. Bu dəyişikliyin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıdığı diqqətə çatdırılıb. Layihə səsə qoyularaq təsdiqlənib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verib. Bildirib ki, qanunun bir neçə maddəsinə əsasən sənədin qüvvəyə minmə tarixi dəyişdirilir. 2020-ci il 1 iyul tarixindən etibarən iqtisadi, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasında iştirak etmək nəzərdə tutulmuşdur. Ölkədə koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edildiyindən “Mediasiya haqqında” Qanunun ilkin mediasiya sessiyalarında məcburi iştirakı nəzərdə tutulan müddəalarının qüvvəyə minmə tarixinin 2021-ci il 1 yanvar tarixinədək təxirə salınması məqsədəuyğun hesab edilir. Sənəd səsə qoyularaq qəbul olunub.

İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişikliklə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. O deyib ki, sənədlərdə “dərman qutuları” sözlərinin “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz edilməsi təklif olunur. Belə ki, əksər xarici dövlətlərin də təcrübəsi nəzərə alınaraq ilkin tibbi yardım zamanı zərərçəkənlərə ixtisasca həkim olmayan şəxslər tərəfindən hər hansı dərman vasitələrinin verilməsi məqbul hesab edilmədiyinə və dərman vasitəsinin avtomobildə saxlanması şəraitinin (temperatur, rütubətlik və sairə amillər baxımdan) onun keyfiyyətinin pozulmasına səbəb ola biləcəyinə görə nəqliyyat vasitələrində (avtobusda, minik və yük avtomobillərində, təkərli traktorda) dərman vasitələrinin saxlanılması məqsədəmüvafiq hesab olunmur. Bunu nəzərə alaraq ilk tibbi yardım qutusunda yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım göstərilməsinə kifayət edə biləcək qədər və çeşiddə tibbi ləvazimatlar və dərman vasitələri nəzərdə tutulmalıdır. Sənəd səsə qoyularaq qəbul olunub.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” (birinci oxunuş) Qanunda dəyişiklik edilməsinə dair məlumatı Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov təqdim edib. O bildirib ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılmasını, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılmasını, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsini və məlumatların alınmasını, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsini nəzərdə tutur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaq. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

“Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə məlumat verən Əli Hüseynli deyib ki, dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə aparılıb. Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən qurum ilin yekunu üzrə öz fəaliyyəti barədə hesabatı parlamentə təqdim edəcək. Sənəd səsvermə yolu ilə qəbil olunub.

Sonra Kamran Bayramov bildirib ki, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara təklif olunan dəyişikliklər bələdiyyələr tərəfindən qəbul edilən qərarların surətlərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilməsi müddətinin 15 gün müddətindən 5 iş günü müddətinə qədər azaldılmasını nəzərdə tutur. Bu dəyişikliklərə əsasən bələdiyyə qərarlarına bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən baxılması prosesinin operativliyi və səmərəsi artacaq. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlərin təqdimatı zamanı qeyd edib ki, qanun layihələri “Təhsil haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sənəd səsə qoyularaq təsdiq olunub.

“İcra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi Əli Hüseynli təqdim edib. O diqqətə çatdırıb ki, 2017-ci il fevralın 10-da Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılıb və bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdir. Bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, habelə xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər barədə isə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirib ki, təklif olunan dəyişikliklər “Telekommunikasiya haqqında” Qanuna əsasən telekommunikasiya operatorları və provayderlər tərəfindən hüquq-mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq ediləcək cərimələrin məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir.

Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə edilən dəyişiklikləri şərh edən Kamal Cəfərov deyib ki, dəyişikliklər Prezident İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcrid etmədən alternativ cəzaların tətbiqinin genişləndirilməsi ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədilə aparılıb. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcək. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Daha sonra Tahir Mirkişili “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi (birinci oxunuş) təqdim edərək bildirib ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulub. Sənədə “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında onların qeydiyyatı və texniki xidmət üzrə ödənişin hüquqi əsasının yaradılması, həmin ödənişin məbləğinin razılaşdırılacağı qurumun müəyyənləşdirilməsi ilə bağlı maddə əlavə edilib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) məlumat verib. Bildirib ki, sənədə təklif olunan dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edəcək. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər