Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Meşə Proqramı və onun Fəaliyyət Planının ilkin layihəsinin təqdimatı olub YENİLƏNİB

(YENİLƏNİB)

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Respublikasında meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin təqdimatı keçirilib. Milli Meşə Proqramı “Milli Meşə Proqramının yenilənməsi və meşə idarəetmə sisteminin müasirləşdirilməsi üçün texniki dəstək” layihəsi çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tədbirin məqsədinin beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanan Milli Meşə Proqramının və onun həyata keçirilməsi üçün Fəaliyyət Planının ilkin layihəsinin müzakirə edilməsi, bu istiqamətdə mövcud beynəlxalq təcrübələrin öyrənilməsi, eləcə də proqramın prioritet istiqamətləri üzrə bütün maraqlı tərəfdaşlarla fikir mübadiləsinin aparılması olduğunu qeyd edib. Nazir deyib: “Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Bu baxımdan ölkəmizdə meşələrin bərpasına, yeni meşə zolaqlarının salınmasına çox böyük önəm verilir. Meşə fondunun əkinəyararlı açıq sahələrində aqrobağlar salınır. Həmçinin tezböyüyən ağac cinslərindən ibarət plantasiyalar yaradılır. Belə meşə zolaqlarının salınması qida və ağac emalı sənayesinin inkişafı üçün də əhəmiyyətlidir. Milli Meşə Proqramının hazırlanmasının məqsədi ölkəmizdə meşələrin səmərəli idarə edilməsi sahəsində siyasi, institusional və qanunvericilik üzrə təkmilləşdirmə işlərinin aparılmasıdır. Azərbaycan Respublikasının Milli Meşəçilik Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün işlənib hazırlanıb. Bu proqram respublikamızda meşəçiliyin inkişaf strategiyasını əks etdirən əsas sənəd olmalıdır”.

M.Babayev bildirib ki, sənəd layihəsində ölkənin meşə resurslarının inkişafında ictimaiyyətin və digər maraqlı tərəflərin geniş iştirakı, hazırkı meşə resurslarının mövcud vəziyyətinin ətraflı təhlili xüsusi yer tutur: “Proqramda ətraf mühitin, biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinə adaptasiya, eləcə də kənd yerlərinin inkişafına töhfə verilməsinə xüsusi diqqət yetirilir. Həmin proqramda nəzərdə tutulan tədbirlər, ilk növbədə, dövlətin ekoloji və iqtisadi siyasətinin tərkib hissəsi olmaqla, bütün tərəflərin maraqlarına, o cümlədən yoxsulluğun azaldılması, regionların inkişafına və kənd yerlərində əhalinin məşğulluğuna, kənd təsərrüfatı sektorunun, ekoturizmin inkişafına təkan verəcək. Eyni zamanda, istər meşə fondu, istərsə də vətəndaşların fərdi və bələdiyyə mülkiyyətinə aid ərazilərində qısa dövriyyəli kommersiya meşələrinin yaradılması nəzərdə tutulur. Nəticədə, ağac sənayesində və tikinti-inşaat işlərində idxaldan asılılıq azaldılacaq. Yeni Strateji sənəd olan Milli Meşə Proqramında bir sıra əlaqədar qurumların iştirakı ilə eroziyaya qarşı mübarizə və səhralaşma prosesinin qarşısının alınması tədbirlərinin icrası, iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, bioloji müxtəlifliyin idarə edilməsi, meşə tingçiliyi və toxumçuluğunun inkişafı üzrə fəaliyyətin göstərilməsi nəzərdə tutulur.

İnanıram ki, bu gün burada ictimai dinləmə formatında təşkil olunan müzakirələr bizə meşələrimizin davamlı idarəedilməsi üçün aydın bir yol, plan işləməyə köməklik edəcək. Tədbirdən sonra təkmilləşdirilmiş proqram layihəsi hökumətə təqdim olunacaq.

Onu da bildirmək istərdim ki, FAO ilə birgə həyata keçirilən layihə çərçivəsində ölkə üzrə meşələrin inventarlaşma sisteminin qurulması, meşəçi ekspertlərin bu sahədə bilik və bacarıqlarının artırılması, müasir metodlar əsasında meşə idarəetmə planlarının hazırlanması işlərinə başlanılıb. Hazırda qeyd olunan məsələlər bizim üçün prioritet olduğundan FAO tərəfindən bu kimi dəstəyin verilməsini yüksək qiymətləndiririk.

Meşəçi mütəxəssislərin hazırlanmasında meşəçilik elminin tədrisi olduqca vacibdir. Bu gün ölkəmizdə meşə sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər vaxtilə SSRİ-nin müxtəlif şəhərlərindəki təhsil ocaqlarından məzun olmuş şəxslərdir. Hazırda ölkəmizdə Azərbaycan Dövlət Aqrar Universiteti respublikada yeganə ali təhsil müəssisəsidir ki, yalnız orada “Meşəçilik” ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. Burada təhsil alan tələbələr nazirliyin tabeliyindəki qurumlarında iş təcrübəsi keçə, istər yerli, istərsə də beynəlxalq təlim, konfrans, seminarlarda iştirak edə biləcəklər. Seçilmiş namizədlərdən gələcəkdə nazirliyin ehtiyat kadr heyətinin formalaşdırılması nəzərdə tutulur ki, bu da gənclərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq. Ümid edirəm ki, aparılacaq müzakirələr meşələrin inkişafı sahəsində optimal planlaşdırmaya və bütün resurslardan səmərəli şəkildə istifadəyə imkan verəcək”.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, BMT-nin Avropa İqtisadi Komissiyasının və FAO-nun meşə və oduncaq bölməsinin rəis müavini Əkrəm Yazıçı Milli Meşə Proqramının meşələrin mühafizəsindəki rolundan danışıblar. Çıxış edənlər təşkilatın yaşıllıq və meşə zolaqları salan ölkələrdən öz dəstəyini əsirgəmədiyini diqqətə çatdırıblar.

Sonra Ə.Yazıçı “Azərbaycanda meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramı” mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə müzakirələr aparılıb, maraqlı tərəflərin fikirləri dinlənilib.

Təqdimat mərasimində, həmçinin Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında gənc meşəçi kadr hazırlığını təmin etmək məqsədilə ikitərəfli Anlaşma Memorandumu imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub