ORDU
Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Bakı, 15 iyun, AZƏRTAC
15 iyun - Milli Qurtuluş Günü Müdafiə Nazirliyinin tabeliyindəki birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlərlə qeyd olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plana əsasən şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib. Həmçinin Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, konfranslar, dəyirmi masalar, viktorinalar keçirilib. Həzi Aslanov adına İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonun İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon mədəniyyət müəssisələri kollektivlərinin iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.