MƏDƏNİYYƏT


Milli Qurtuluş Günü münasibətilə “Yaşıl Teatr”da konsert olub

Bakı, 11 iyun, AZƏRTAC

Milli Qurtuluş Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl Teatr” Bakı Konsert Kompleksində möhtəşəm konsert proqramı keçirilib. Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun 1993-cü il hər bir vətənpərvər azərbaycanlı üçün çox əzizdir. İyirmi altı il əvvəl yenicə müstəqilliyini qazanan respublikamızı dağılmaqdan, məhv olmaqdan xilas edən ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti Prezident İlham Əliyev uğurla inkişaf etdirib, Azərbaycan daha da möhkəmlənib və qüdrətlənib.

Bayram konsertində Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Aygün Kazımova, Nəzakət Teymurova, Samir Cəfərov, Zülfiyyə Xanbabayeva, Rasim Balayev, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm” qrupu, Əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, Fərqanə Qasımova, Sevda Ələkbərzadə, o cümlədən populyar müğənnilər Zamiq Hüseynov, Elşad Xose, Sevda Yahyayeva, Günay İbrahimli, Dilarə Kazımova, Samir Cavadzadə, Elnur Hüseynov, Fidan Hüseynova, Mirələm Mirələmov çıxış ediblər.

Konsert proqramının sonunda “Fire Land Production”un yeni ərsəyə gətirdiyi “Azərbaycan” layihəsi təqdim edilib. Nərgiz Cəlilovanın təqdim etdiyi mahnının sözləri Cəlal Qurbanova, musiqisi bəstəkar Rauf Məmmədova məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.