Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli qurtuluşumuzun 30 illiyi

Milli qurtuluşumuzun 30 illiyi

Bakı, 15 iyun, AZƏRTAC

Otuz il əvvəl - 1993-cü ilin iyun ayında Azərbaycan xalqı tarixinin və taleyinin ən mürəkkəb, ən ziddiyyətli anlarını yaşayırdı. Ötən əsrin 80-ci illərinin sonundan başlayan siyasi, iqtisadi, mənəvi böhran 1993-cü ilin iyununda xarici və daxili düşmənlərimizin səyləri ilə özünün pik həddinə çatmışdı. Xalqımız illərlə arzusunda olduğu və yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirməyin bir addımlığına gətirilib çıxarılmışdı.

Eyforiya dalğası ilə hakimiyyətə yiyələnmiş təcrübəsiz siyasətçilərin yanlış qərarları, yarıtmaz idarəçiliyi rəngləri daha da tündləşdirirdi. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan inkişaf və tərəqqi əvəzinə gündən-günə tənəzzülə uğrayır, torpaqlarımız bədnam qonşularımız tərəfindən ard-arda işğal olunur, öz taleyinin sahibi ola bilməyən xalqımız vətəndaş qarşıdurmasına yuvarlanırdı.

Ayrı-ayrı şəxslərin, siyasi qruplaşmaların tabeliyində olan qanunsuz silahlı dəstələr, aclıq, qıtlıq, səfalət, çörək növbələri, özbaşınalıq, siyasi qruplar arasındakı intriqalar, vəzifə hərisliyi, kürsünün Vətəndən üstün tutulması 1993-cü ilin iyununun acı, eyni zamanda gerçək tablosudur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “Milli qurtuluşumuzun 30 illiyi” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, belə bir şəraitdə xarici və daxili düşmənlərimiz ölkə rəhbərliyinin siyasi səbatsızlığından, daxili və xarici siyasətdə buraxılan kobud səhvlərindən əlverişli fürsət kimi yararlanaraq Azərbaycanın müstəqilliyinə birdəfəlik son qoymaq üçün son hücuma hazır idilər.

Məqalədə vurğulanır ki, 1993-cü ilin iyunu dövlətçiliyimizin sonu olmadı, əksinə, xalqımızın və dövlətimizin taleyində yeni mərhələnin başlanğıcı oldu. XX əsrin 70-80-ci illərində ən ağır şərtlərə, təqiblərə mərdliklə, cəsarətlə və əlbəttə ki, müdrikliklə sinə gərərək respublikamızın hərtərəfli inkişafına nail olan, milli müstəqilliyimizə gedən tarixi yolun təməllərini yaradan xilaskar rəhbərimiz, qədirbilən xalqımızın haqlı olaraq Ümummilli Lider, Ulu Öndər adlandırdığı düha - Heydər Əlirza oğlu Əliyev xalqın çağırışına səs verərək müqəddəs bir missiya ilə Naxçıvandan Bakıya gəldi. Bəli, məhz müqəddəs missiya ilə! Xilaskarlıq missiyasını həyata keçirən Ulu Öndər 1993-cü ilin iyununda ümidsizlik girdabında boğulan, müstəqilliyini itirməyin bir addımlığında olan xalqımızın nicatı, xilası missiyası ilə yenidən böyük siyasət meydanına qayıtdı.

Ümummilli Liderin siyasi hakimiyyətə gəlişi ilə bulanıq sularımız durulmağa, sabahlarımız aydınlaşmağa başladı. Ulu Öndər siyasi iradəsi, qətiyyəti, yüksək idarəçilik məharəti, ən əsası isə xalqına olan sonsuz sevgisi ilə bütün çətinlikləri arxada qoymağı, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış ölkəmizi qüdrətli dövlətə çevirməyi bacardı. Bu dönüş, bu qayıdış böyük bir xalqın, eyni zamanda, yenicə müstəqilliyini bərpa etmiş bir dövlətin sözün bütün mənalarında milli qurtuluşu, milli nicatı idi. Ona görə da müdrik xalqımız Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixini uzaqgörənliklə Milli Qurtuluş Günü adlandırdı.

15 İyun - Milli Qurtuluş Günü hər bir azərbaycanlıya yeni ruh, yeni ovqat, yaşamaq, qurub-yaratmaq əzmini bəxş etdi. Prezident İlham Əliyevin Azərbaycan tarixinin dönüş nöqtəsi adlandırdığı Milli Qurtuluş Günü bu gün xalq və dövlət olaraq əldə etdiyimiz bütün uğurların məhək daşıdır. Hər bir azərbaycanlı o məhək daşını göz bəbəyi kimi qorumalı, müstəqil dövlətimizin inkişafına öz töhfəsini verməlidir.

1997-ci ildən etibarən rəsmi dövlət bayramı kimi təsis edilən 15 iyun tarixi xalqımızın coşqu və həvəslə, eyni zamanda, Ulu Öndərə sonsuz sevgi və ehtiramla qeyd etdiyi böyük bir bayramdır.

Bu gün əminliklə söyləyirik ki, dövlətçiliyimizin inkişafının yeni mərhələsi məhz bu tarixi gündən - 1993-cü ilin 15 iyunundan başlayır. Həmin vaxtdan etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi-iqtisadi islahatlara, peşəkar ordu quruculuğuna başlanıldı. Özbaşınalığın, xaosun hökm sürdüyü bir məmləkətdə əmin-amanlığa, sabitliyə, davamlı rifah və inkişafa nail olundu. Dövlətimizin siyasi və hüquqi təsisatları formalaşdırıldı. Bütün sahələr üzrə milli inkişaf strategiyamız, prioritetlərimiz müəyyənləşdirildi və əzmlə, siyasi iradə ilə həyata keçirildi. Azərbaycan vətəndaşında dövlətə inam formalaşdı. Təkcə bu amil xüsusilə həmin dövrdə hər bir azərbaycanlı üçün olduqca vacib idi.

Ulu Öndərin səyləri ilə nail olunmuş iqtisadi rifah, vətəndaş cəmiyyətinin, azad seçki mühitinin formalaşdırılması, ordu quruculuğundakı uğurlar, dünyadan təcrid edilmiş ölkəmizin dünya birliyinə sürətlə inteqrasiyası məhz 15 iyun 1993-cü ildən başlayan tarixi mərhələnin təməlləri üzərində yaranmış və günbəgün formalaşmış tarixi bir gerçəklik, real bir mənzərədir.

Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Gününün 30-cu ildönümünü xalqımız əlamətdar bir tarixlə - Ulu Öndərin 100 illik yubileyi ilə eyni ildə qeyd edir. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib. Xalqımız hər iki əlamətdar tarixi - Ulu Öndərimizin 100 illik yubileyini və Milli Qurtuluş Gününün 30-cu ildönümünü böyük coşqu, sevgi və minnətdarlıq hissləri ilə qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə tarixi Zəfərlə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra, Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş azad Şuşanın şərəfinə adlandırılmış “Şuşa İli”nin ardınca “Heydər Əliyev İli”nin elan olunması və məhz bu əlamətdar ildə milli qurtuluşumuzun 30-cu ildönümünün qeyd olunması hər bir azərbaycanlıya yüksək ovqat, sevinc və əlbəttə ki, qürur hissləri bəxş edir. Əminliklə və eyni zamanda şükranlıqla söyləyirik ki, bütün bunlar İlahi ədalətin təntənəsi, Ulu Öndər Heydər Əliyevin xalqına olan sonsuz sevgisinin, saf hisslərinin, müqəddəs və ülvi arzularının parlaq təcəssümüdür.

Milli qurtuluşumuzun 30-cu zirvəsindən keçdiyimiz tarixi yola nəzər saldıqca bir xalq olaraq bir daha təsdiqləyirik ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin milli qurtuluşumuzun və nicatımızın davamlı və dayanıqlı inkişafına ən böyük töhfəsi özündən sonra İlham Əliyev kimi dünya siyasətinin fenomeni olan siyasi varisini yetişdirməsidir. Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam və inkişaf etdirməsi nəticəsində xalqımız və dövlətimiz inkişaf və tərəqqiyə nail oldu. 90-cı illərin ümidsiz, ruh düşkünlüyünə uğradılmış Azərbaycan xalqı bugünkü müzəffər xalqa, müstəqilliyini itirmək təhlükəsinin son addımlığında olan Azərbaycan dövləti bütün dünyanın hesablaşdığı, Qarabağını işğaldan azad etmiş qalib və qüdrətli dövlətə çevrildi.

Ulu Öndərin xilaskarlıq, milli qurtuluş missiyasını uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağımızın azadlığına, qurtuluşuna nail oldu. Müqəddəs ata vəsiyyətini, Ümummilli Liderimiz Heydər Əliyevin ən ülvi, ən müqəddəs arzusunu şərəflə yerinə yetirdi. Ulu Öndərin: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - kəlamındakı müqəddəs arzular gerçəkləşdi. Bütün bunlar bugünkü xoşbəxt Azərbaycanın tablosu, Ulu Öndər Heydər Əliyevin həyata keçmiş arzularıdır.

Bu gün müzəffər Azərbaycan xalqına mənsubluğu ilə qürur duyan, Ulu Öndərin “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” - kəlamı ilə şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda, Azərbaycan xalqının milli sərvəti, milli iftixarı adlandırdığı Bakı Dövlət Universitetinin kollektivi də bütün xalqımız kimi “Heydər Əliyev İli”ni və milli qurtuluşumuzun 30-cu ildönümünü böyük hörmət və ehtiramla qeyd edir. Bakı Dövlət Universitetində bu əlamətdar, tarixi hadisələrlə bağlı elmi konfranslar, seminarlar, xüsusi mühazirələr, ustad dərsləri keçirilir, məqalə, esse, rəsm, bədii qiraət müsabiqələri, kitab və rəsm sərgiləri, bilik və idman yarışları, müxtəlif turnirlər, ağacəkmə aksiyaları, bölgələrə səfərlər, muzeylərə ekskursiyalar təşkil olunur, kitablar nəşrə hazırlanır.

Hər birimiz çox xoşbəxtik ki, bu gün Ulu Öndərimizin 100 illik şanlı yubileyini və milli qurtuluşumuzun şərəfli 30-cu ildönümünü qalib xalq kimi qarşılayırıq. Bu əlamətdar, tarixi günlər düşmənin zülmündən qurtulmuş müqəddəs yurd yerlərimizdə, azad Qarabağımızda, Zəngəzurda bayram ovqatı ilə, bu günlərdə Həkəri çayının üzərində düşmənlərimizə əbədilik göz dağı kimi ucaldılmış şanlı bayrağımızın cazibəsində müzəffər xalqımız tərəfindən üzüağ, alnıaçıq şəkildə qeyd edilir.

1993-cü ilin 15 iyunundan başlayan, 2020-ci ilin 27 sentyabrından yeni, parlaq səhifələri yazılan qurtuluş savaşımız və tarixi zəfərlərimiz isə Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi müstəvidə bu gün də davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Fransada etiraz aksiyalarında yenidən qarşıdurmalar baş verib, saxlanılanlar var – YENİLƏNİB

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Almaniyada gənclərin etiraz aksiyalarında on minlərlə insan iştirak edib

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

Azərbaycançılıq ideologiyası: Milli birliyin və həmrəyliyin əsası - ŞƏRH

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO