İDMAN
Millimizin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb
Bakı, 9 sentyabr, AZƏRTAC
UEFA dünya çempionatının seçmə mərhələsinin altıncı turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.
İyirmi yeddi yaşlı qolkiper meydana çıxdığı 5 oyunda 29 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb. San-Marino millisinin üzvü Elia Benedettini 31 "seyv"lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel 30 qurtarışla ikinci sıradadır.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununda Bakı Olimpiya Stadionunda Portuqaliyaya 0:3 hesabı ilə uduzub.
AZƏRTAC—0—
(Sə.Q)