REGİONLAR


Mingəçevir Dövlət Universitetində “Dahi azərbaycanlı” sənədli filmi nümayiş olunub

Bakı, 9 may, AZƏRTAC

Mayın 8-də Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Dahi azərbaycanlı” sənədli filmi nümayiş etdirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən filmin nümayişində MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Ulu Ondərin zəngin ömür yolundan bəhs edən filmdə dahi şəxsiyyətin uşaqlıq və gənclik illəri haqqında maraqlı faktlar, onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri əks etdirilib.

Qeyd edək ki, MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir, görkəmli dövlət xadiminin zəngin irsinin öyrənilməsi və gənc nəslə çatdırılması diqqət mərkəzində saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.