CƏMİYYƏT


Mingəçevirdə dörd qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb VİDEO

Bakı, 14 noyabr, AZƏRTAC

Mingəçevirdə qonşularının evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən zərərçəkənlər evlərindən oğurluq edilməsi barədə məlumat veriblər.

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həmin müraciətlər əsasında keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Anar Həsənov saxlanılıb. Saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.

Aparılan araşdırmalar nəticəsində A.Həsənovun bir neçə gün əvvəl daha üç qonşusunun evindən oğurluq etdiyi məlum olub. O, mənzillərdən əsasən məişət əşyaları, televizorlar və təmir-tikinti alətləri oğurlayıb.

A.Həsənovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun oğurladığı əşyaları ayrı-ayrı şəxslərə satdığı məlum olub. Həmin şəxslər də müəyyən olunaraq polis şöbəsinə dəvət ediliblər. Polislər onlarla profilaktik söhbətlər aparıb, həmin şəxslərə xəbərdarlıq ediblər. Oğurlanmış əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində təhqiqat aparılır. Anar Həsənovun başqa analoji cinayətlərdə əlinin olub-olmaması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.