Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Mirzə Ələkbər Sabir poeziyasının alovlandırdığı tonqal

Mirzə Ələkbər Sabir poeziyasının alovlandırdığı tonqal

Bakı, 21 may, AZƏRTAC

Mirzə Ələkbər Sabir XX əsr satirik poeziyasının zirvəsini fəth edən, “Molla Nəsrəddin” ədəbi məktəbinin yetişdirdiyi qüdrətli sənətkarlardan biridir. Azərbaycan şeirini klassik ənənələrdən fərqli olaraq, yeni istiqamətə yönəldən novator şairin xoşbəxt həyat, işıqlı sabah amallı poeziyasının əbədiyaşarlığı zamanın sınaqlarından uğurla çıxaraq özünü təsdiqləyib. Cəlil Məmmədquluzadənin nəsrdə etdiyi yeniliyi satirik poeziyada Sabir edə bildi. Şair ədəbiyyatda yeniliyin, müasirliyin tərəfdarı olmaqla yanaşı, həm də zamanın nəbzini tutan, xalq təfəkkürünü, onun həyat və məişətini əks etdirən satiraları ilə geniş oxucu auditoriyasının rəğbətini qazandı.

Bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın Mirzə Ələkbər Sabirin 160 illiyi münasibətilə yazdığı məqalədə bəhs olunur. AZƏRTAC məqaləni təqdim edir.

“Molla Nəsrəddin” jurnalı nəşrə başlayandan sonra Sabir üçün daha əlverişli və münbit şərait yaranır, O, bir-birinin ardınca dərc etdirdiyi “Nə işim var?!”, “Oxutmuram, əl çəkin!”, “Nəfsin qərəzi, əqlin mərəzi”, “Bakı fəhlələrinə”, “Fəhlə özünü...”, “Əkinçi”, “Dilənçi”, “Səbr eylə!”, “Nə yazım?!”, “Sərhesab”, “Mənimki belə düşdü”, “Qoyma, gəldi!”, “Ürəfa marşı”, “Qocalar marşı”, “Xəsisin heyfi, varisin keyfi”, “Tömeyi-nəhar”, “Satıram!”, “Səttarxana!”, “İstiqbalımız lağlağıdır”, “İstiqbal bizimdir!”, “Fəxriyyə”, “Bura say!”, “İran özümündür”, “Osmanlılar, aldanmayın...”, “Ağladıqca kişi qeyrətsiz olur”, “Yuxu” və s. satiralarında həmin satirik tiplər qalereyasının çoxçeşidli və real mənzərəsini oxucuların, geniş ictimaiyyətin gözü qarşısında canlandırdı. Təsvir və boyalarının tünd və kəskin təsiri ilə milləti silkələyib qəflət yuxusundan oyatdı. Sabir satirasının inqilabi, dəyişdirici gücü bütün cəmiyyəti, əsrlərdən bəri pas atmış beyinləri, buxovlanıb yatırılmış ruhları hərəkətə gətirdi. Onun yaradıcılıq üslubunu davam etdirən Əli Nəzmi, Əli Razi, Salman Mümtaz, Bayraməli Abbaszadə, Mirzəli Möcüz kimi şairlər yetişdi. “Molla Nəsrəddin” ədəbi məktəbinin içərisində Sabir poeziya məktəbi yarandı. Böyük realist ədibimiz, “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadə “Xatiratım”da Mirzə Ələkbər Sabirin jurnalla əməkdaşlığa başlamasından bəhs edərək yazır: “Molla Nəsrəddin” məcmuəsi 1906-cı il aprelin 7-də nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin varlığını eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq”.

Şairin ədəbi irsi bütövlükdə xalqın azadlıq uğrunda mübarizəsini, arzu və istəklərini, məişətini əks etdirən canlı və parlaq nümunədir. O, “Bir utan”, “Qurban bayramı”, “Bizə nə”, “Ey pul”, “Mətləbi andırmaq olurmu?”, “Dilənçi”, “Paradır”, “Hər nə verirsən, ver” və başqa satiralarında cəmiyyətin ziddiyyətli məqamlarını ustalıqla qələmə alıb. M.Ə.Sabir vətən torpağının şirəsini, məzlum camaatın qanını soran mülkədarları, pul düşkünü kapitalistləri, yetim malı ilə dolanan, xalqı qaranlıqda saxlamağa çalışan fırıldaqçı mollaları, soyuqqanlı ziyalıları öldürücü satirik gülüşə, sarkazma hədəf seçmişdir.

M.Ə.Sabirin Təbrizdə genişlənən milli azadlıq hərəkatının başçısı Səttarxana həsr etdiyi şeiri o dövrdə Cənubi Azərbaycanda geniş yayılmış və xalqın dilinin əzbəri olmuşdu. O, İran həyatından bəhs edən “İstiqbal bizimdir”, “İran niyə viran oldu”, “Neçin verməyir”, “Satıram”, “Yetim Məmdəli”, “Etməzmidim”, “Mir Haşım”, “Belə düşdü” və başqa satiralarında vətən və millət xainlərinin xarakterini açır, mənfi tipini yaradır, el gücünə, xalqın azadlıq ideyalarına dərin sevgi və inam duyğularını tərənnüm edirdi. Mirzə Ələkbər Sabirin zəngin və çoxşaxəli yaradıcılığı Şərq xalqlarının, o cümlədən Orta Asiya xalqlarının da taleyində mühüm rol oynayıb. Özbək şairi Qeyrəti yazır: “Azərbaycan ədəbiyyatı tarixində yeni bir ədəbi məktəb yaradan Sabir yaradıcılığı bizə, qonşu respublika xalqlarının ədəbi yaradıcılığına da qüvvətli təsir göstərmişdir. “Müştüm” ətrafında toplaşan şairlərdən Q.Qulam, S.Abdulla, Xurşid, Həzlkeş, Fələngi və başqa sənətkarlar Sabirin “Nam alırız biz” və başqa bir çox şeirlərinə, bəhri-təvillərinə oxşatmalar yazmışlar. Bununla belə, Sabirin alovlu satirası, atəşin şeirləri özbək ədəbiyyatının tərəqqisi və inkişafına böyük xidmət etmişdir”. Özbək ədəbiyyatşünası Vahid Abdullayev “Sabir və Əczi” məqaləsində Sabir satiralarının Əczi yaradıcılığına təsirindən bəhs etmişdir.

Məşhur özbək şairi Qafur Qulam Sabir yaradıcılığından təsirləndiyini etiraf edərək yazır: “Mən yeni-yeni şeir yazmağa başladığım zamanlarda əlimə Sabirin “Hophopnamə”si düşdü. Onu bir neçə dəfə oxudum. Bu əsər mənə böyük təsir bağışladı. Bundan sonra mən də Sabir kimi gizli imzalarla satirik şeirlər yazmağa başladım”.

Sabir satiralarında fərdiləşdirmə ilə yanaşı, güclü ümumiləşdirmə xüsusiyyəti də vardır. Şairin “Dindirir əsr bizi, dinməyiriz”, “Amalımız, əfkarımız ifnayi-vətəndir”, “Övladımız, əzkarımız əfsaneyi-zənndir”, “Ta gəlirik biz də bir az anlayaq”, “Sanma əzdikcə fələk bizləri viranlıq olur”, “Yaşamaq istər isək, sırf əvam olmalıyız”, “Kim nə deyər bizdə olan qeyrətə”, “İntelligentik, gəzirik naz ilə...” misraları ilə başlayan satiraları orijinal sənət nümunələridir. Həmin satiralarda forma, təsvir və ifadə vasitələri, satirik manera ayrı olsa da, məqsəd, məzmun və sənətkar idealı birdir.

Sabirin ədəbiyyat tariximizdəki böyük xidmətlərindən biri də klassik şeirin qəzəl, qəsidə janrının hüdudlarını genişləndirərək ədəbiyyata yeni janrlı satira, qırmanc, taziyanə, sual-cavab... və s. gətirməsi idi. M.Ə.Sabir poeziyamızın dil imkanlarını həm genişləndirib, həm də dərinləşdirərək əvvəlkindən tam fərqli bir dil-üslub xüsusiyyəti yaradıb. Onun məşhur “Elm təhsili”, “Ay başı bəlalı”, “Oğlum”, “Bəxtimiz oğlan imiş”, “Oxutmuram, əl çəkin”, “Üsuli-cədid” “Nə dərs olaydı...”, “Utanmırsan, utanma” və s. bəhri-təvillərində insanları mənən şikəst edənlər, cahilliyi, nadanlığı, xurafatı yayanlar, elmə, maarifə qənim kəsilənlər xalqın düşməni kimi təqdim olunur.

Sabirin “Qoyma gəldi”, “Uşaq”, “Küpəgirən qarının qızlara nəsihəti”, “Məsləhət”, “Nədamət və şikayət” və s. satiralarında haqqı, hüququ tapdanan, əsarətdə qalan qadınlarımızın acınacaqlı taleyindən söhbət açılır. XX əsr Azərbaycan ədəbiyyatında qadın azadlığı mövzusunun köklü şəkildə qoyuluşu və hərtərəfli ədəbi-bədii həlli məsələsini nəsr və dramaturgiyada Cəlil Məmmədquluzadə, satirik poeziyada isə Mirzə Ələkbər Sabir qədər geniş işıqlandıran sənətkar tapmaq çətindir.

XX əsr satirik ədəbiyyatına yeni formalar gətirən Sabir klassik poeziyanın forma özəlliklərindən, çoxçalarlığından istifadə etsə də, təkrarçılığa uymamış, özünəməxsus üslubu, bənzərsiz tərzi, fərdi manerası ilə “Molla Nəsrəddin” ədəbi məktəbinin zirvəsinə yüksəlmişdir. Şairin yaradıcılığında klassik ənənələrdən fərqli olaraq, ictimai-siyasi və s. mövzuların ön plana keçməsi cəmiyyətdə baş verən köklü dəyişikliklərin aktuallıq kəsb etməsi ilə səciyyələnir. O, dövrün nəbzini tutan şair kimi yaşadığı mühitdəki neqativ halları, kölgəli məqamları gündəmə gətirməklə xalqın halına acıyır və insanları fəal mübarizəyə səsləyir.

Cəlil Məmmədquluzadə ilə Sabiri sıx dostluq telləri, əqidə və məslək birliyi bir-birinə bağlayırdı. Sabir xəstəlikdən əziyyət çəkərkən onun müalicəsinə kömək göstərir, hətta xəstəxanada qalmasına razı olmayıb, öz evində yerləşdirərək hər vəchlə şairin sağalmasına çalışır. Özü Qarabağda olarkən jurnalın müvəqqəti redaktoru Məmmədəli Sidqiyə yazdığı məktubda Sabirin səhhətindən hədsiz nigarançılığını bildirir, peşəkar həkimləri bu işə cəlb etməyin zəruriliyini söyləyir. Bunlar Cəlil Məmmədquluzadənin böyük satirik şairə verdiyi yüksək dəyəri isbat edən faktlar kimi diqqətəlayiqdir. Lakin bu qayğıya baxmayaraq, satirik poeziyamızın günəşi - Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 12-də gözlərini əbədi olaraq yumdu. “Molla Nəsrəddin” həmin ilin iyulun 20-də çıxan nömrəsində dərin hüzn və kədərlə məlumat verərək yazırdı: “Möhtərəm oxuculara məlum olsun ki, bu iyul ayının on ikinci günündə Şamaxı şəhərində, əziz olan” Sabir” təxəllüslü şairimiz Məşədi Ələkbər Tahirzadə cənabları vəfat edib əlimizdən getdi. “Hop-hop”, “Əbunəsr Şeybani” və bundan savayı qeyri imzalar və imzasız ləzzətli şeirləri məcmuəmizdə oxumağa adət edən oxucularımız bilirlər ki, bir belə vücudun yox olmağı maarif dostları üçün nə böyük dərddir. Lakin istəkli yoldaşımızın əqrəbasına başsağlığı veririk və biz də bununla təsəlli tapırıq ki, ölümün qabağında sultan da acizdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib