RƏSMİ SƏNƏDLƏR


Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə

Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, Azərbaycan-Misir ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2022-ci il

 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin