Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri və təsisçilərindən
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycanın hökumətinə və xalqına Allah-Taaladan daha çox tərəqqi və rifah diləyirik.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylərini əsirgəmir.
Zati-alinizin Sərəncamına əsasən, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Bu münasibətlə Cəmiyyətimiz tərəfindən silsilə tədbirlər təşkil olunub və olunacaqdır.
Qoy doğma Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!
Xahiş edirik, ən səmimi arzularımızı qəbul edin.
Dərin hörmətlə,
Xəbərin mətnində orfoqrafik səhv var