SİYASƏT
Misir KİV-ləri Azərbaycan səfirliyinin soydaşlarımızın erməni təxribatlarına uymamaqla bağlı bəyanatını yayıblar
Qahirə, 3 oktyabr, AZƏRTAC
Ölkəmizin Misirdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, “Nile”, “Aldiplomasy”, “Youm7” və digər KİV-lər diplomatik nümayəndəliyimizin erməni təxribatlarına uymamaq, doğru mənbələrdən xəbərləri əldə etməklə bağlı, həmçinin Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini qorumaq haqqına sahib olması, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, Ermənistan Respublikasının silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarında dinc əhalini və mülki obyektləri hədəf alması, hərbi təxribatlar törətməsi, Azərbaycan Ordusunun əks-hücumla bu təxribatların qarşısını almağa qadir olması ilə əlaqədar bəyanatını yayıblar.
Qeyd edək ki, Misir KİV-lərinin böyük əksəriyyəti Azərbaycan rəhbərliyinin bəyanatlarını, cəbhədəki vəziyyətlə bağlı məlumatları AZƏRTAC-a istinadla yayır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə