DÜNYA


Misir Liviyadan misirli terrorçunun verilməsini tələb edir

Qahirə, 8 oktyabr, AZƏRTAC

Misir hakimiyyət orqanları Liviya ordusu tərəfindən həbs olunan misirli terrorçu Xişam Aşmavini cinayət məsuliyyətinə cəlb etmək məqsədi ilə onun təcili olaraq təhvil verilməsini tələb edir.

AZƏRTAC xəbər verir ki, Liviya Silahlı Qüvvələri bu gün misirli terrorçu, “İŞİD” təşkilatının lideri Xişam Aşmavinin Liviyanın şimal-şərqində Darna şəhərində tutulmasını elan edib. Qeyd olunur ki, tutulan zaman onun üzərində “ölüm kəməri” olub. Xoşbəxtlikdən Aşmavi həmin kəməri işə salmağa macal tapmayıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.