SİYASƏT


Misir XİN: Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik

Qahirə, 22 iyul, AZƏRTAC

Misir Ərəb Respublikası Xarici İşlər nazirinin Avropa məsələləri üzrə müavini, Avropa İdarəsinin rəisi, səfir Bədr Əbdül-Ati Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

Açıqlamada deyilir ki, Misir Azərbaycan və Ermənistan sərhədlərində baş verən hadisələrdən narahatlıq hissi keçirir və BMT TŞ-nin məlum qətnamələri çərçivəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Nazir müavini, səfir B.Əbdül-Ati, həmçinin Misirin Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkə olaraq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını, sözügedən münaqişənin hərb yolu və ya təxribatla deyil, sülh danışıqları yolu ilə həll edilməsinə tərəfdar olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Bədr Əbdül-Ati Qahirənin rəsmi mövqeyini iyulun 21-də ölkəmizin Misirdəki səfiri Tural Rzayevlə keçirilən görüşü zamanı ifadə edib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.