MƏDƏNİYYƏT


Misir filmi Cenevrə Kinofestivalının qızıl medalına layiq görülüb

Qahirə, 22 iyun, AZƏRTAC

Misir kinematoqrafçılarının ərsəyə gətirdikləri “Mənim gecəm” bədii filmi COVID-19 pandemiyası ilə əlaqədar İsveçrədə onlayn versiyada keçirilən Cenevrə Oriyental Kinofestivalının qızıl medalına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, festivalda Şərq ölkələrində qadın yaradıcılığı, zorakılığın bütün təzahürlərinə qarşı etiraz, daya yaxşı gələcəyə ümid təbliğ edən filmlər nümayiş etdirilib. Böyük şəhərdə ailə problemləri, qadın hüquqları və cəmiyyətdəki ziddiyyətlərdən bəhs edən “Mənim gecəm” ekran əsəri onların arasında ən yaxşısı seçilib. Jüri bu filmi yekdilliklə qızıl medala layiq görüb.

“Mənim gecəm” filmi bundan əvvəl Afrika Kino Festivalında mükafat alıb. Yaradıcı heyət, həmçinin UNICEF-in qrantını da alıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.