SİYASƏT


Misir qəzeti Azərbaycan Prezidentinin üçrəngli bayrağımızı işğaldan azad edilmiş torpağımızda qaldırmasından yazıb

Qahirə, 19 noyabr, AZƏRTAC

Misirin “Almasryalyoum” qəzetində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin üçrəngli bayrağımızı işğaldan azad olunmuş Füzuli rayonunda qaldırması barədə xəbər dərc edilib.

AZƏRTAC xəbər verir ki, yazıda dövlətimizin başçısının Azərbaycan xalqının yenilməz, Ordumuzun müzəffər olmasını bütün dünyaya göstərdiyimiz haqqında sözləri yer alıb. Qeyd olunub ki, İlham Əliyev 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi tarixi Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç bir vaxt imkan verilməyəcəyini bildirib.

Qəzetin xəbərində Qarabağda heç bir statusdan söhbət gedə bilməyəcəyini vurğulayan Prezident İlham Əliyevin çıxışından aşağıdakı sitat verilib: “Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.