DÜNYA


Misirin Luksor şəhərində qədim mumiya tapılıb

Qahirə, 9 mart, AZƏRTAC

Misirin Luksor şəhərinin yaxınlığında arxeoloqlar maraqlı tapıntı aşkar ediblər. Onlar Amon tanrısının məbədinin qulluqçusunun mumiyasını tapıblar.

AZƏRTAC yerli KİV-ə istinadla bildirir ki, bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Annani məlumat verib. Mumiyanın aşkar olunduğu məzarın üç min il əvvəl tikildiyi bildirilir.

Mütəxəssislərin ilkin məlumatına görə, bu məzarlıq qədim misirlilərin hörmət bəslədikləri Amon tanrısı məbədinin qulluqçusu üçün nəzərdə tutulub.

Aşkar olunmuş mumiya barədə məlumat hələlik çox azdır və o, alimlər tərəfindən ətraflı araşdırmalar aparılmayıb. Ekspertizanın aparılması üçün müvafiq şərait yaradılmalıdır. Çünki mumiyanın yaşının çox olduğundan alimlər Misirin tarixi üçün mühüm əhəmiyyət daşıya biləcək bu tapıntını zədələməkdən ehtiyat edirlər.

Bundan əlavə, məzarda ritual maskalar və müxtəlif kiçik fiqurlar tapılıb. Məzarın divarları yaxşı vəziyyətdə qalmış qeyri-adi rəsmlərlə bəzədilib. Ekspertlər geniş araşdırmalar apardıqdan sonra ictimaiyyətə ətraflı məlumat verəcəklər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.