DÜNYA


Misirli nazir OPEC+ iclasının bu ölkədə keçiriləcəyini istisna etmir

Qahirə, 14 mart, AZƏRTAC

Aprelin 17-18-də Vyanada keçirilməsi nəzərdə tutulan OPEC+ üzrə növbədənkənar iclas Avstriyada yox, Misirdə təşkil oluna bilər. Lakin bu barədə son qərar hələ ki, qəbul edilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin neft və mineral resurslar naziri Tarik əl Molla Hyustonda keçirilən "CERAWeek" energetika konfransının kuluarlarında jurnalistlərə müsahibəsində deyib. Nazirin sözlərinə görə, aprel görüşünün təşkili üçün bir neçə ölkə nəzərdən keçirilir, amma hələ qərar qəbul olunmayıb.

OPEC-in rəsmi məlumatlarında təşkilatın növbədənkənar iclasının Vyanada keçiriləcəyi bildirilir. OPEC-in baş katibi Məhəmməd Barkindo bu sualı cavablandırarkən bildirib ki, dekabr ayında OPEC+ iclasının apreldə Vyanada keçiriləcəyi barədə qərar qəbul olunub və hələ ki, başqa qərar qəbul edilməyib.

Misir OPEC-də müşahidəçi statusuna malikdir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.