RƏSMİ SƏNƏDLƏR


Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya

Hörmətli xanım Prezident,

Dost Moldova Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələrə malik Azərbaycan-Moldova münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin möhkəmləndirilməsi, birgə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da əsirgəməyəcəyik.

Belə bir əlamətdar tarixdə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2021-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin