Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazisi Qurumunun başçısı İrina Vlaxdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab İlham Əliyev.

İcazə verin, Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından Sizə dərin ehtiramımı bildirim, Sizi və Sizin simanızda Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edim.

Respublika Günü Azərbaycan xalqının tarixində ən mühüm və parlaq günlərdən biridir. Bu, öz Vətəni ilə, zəngin tarixi və özünəməxsus mədəniyyəti ilə fəxr edən hər kəs üçün ümumi bayramdır.

Bu gün Azərbaycan Respublikası sabit inkişaf edən ölkədir. Azərbaycanda əhalinin həyat səviyyəsinin layiqli təminatı, səmərəli, rəqabətqabiliyyətli iqtisadiyyat, sosial, təhsil və mədəniyyət sahələrinin təkmilləşdirilməsinə yönəldilən proqramların icrasına aid məsələlər uğurla həll edilir. Ölkə sakinlərinin əməksevərliyi və həyat nikbinliyi, tarixi keçmişə və milli ənənələrə diqqətlə yanaşması Azərbaycan Respublikasının tərəqqisinin əsasını təşkil edir.

Bu əlamətdar gündə Sizə və Sizin simanızda bütün Azərbaycan əhalisinə tərəqqi, həmrəylik və sülh arzulayıram. Qoy hər evə bolluq və uğur gəlsin, dərd və bəla isə uzaq olsun! Qoy Azərbaycanın hər bir vətəndaşı bütöv nəsillərin parlaq gələcəyini təmin edərək, müstəqil, demokratik cəmiyyətin formalaşmasında öz iştirakını hiss etsin.

Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizə ən böyük ehtiramımı bildirirəm.

Ən xoş diləklərlə,

İrina Vlax

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazisi Qurumunun başçısı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin