ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası
Bakı, 6 oktyabr, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İclasda doktorant, dissertant və magistrantların dissertasiya mövzularının müəyyən edilməsi və elmi rəhbərlərin təyin olunması, Molekulyar biotexnologiya laboratoriyasının böyük elmi işçisi Aytən Ağayevanın “Yüksək virulent və dərman preparatlarının təsirinə davamlı xəstəlik törədicilərinə qarşı yeni antibiotikin işlənib-hazırlanması” mövzusunda dissertasiya işinin tamamlanması məqsədilə yaradıcılıq məzuniyyətinə göndərilməsi, “Elmi əsərlər” məcmuəsinin növbəti nömrəsinə məqalələrin təqdim olunması və digər məsələlər müzakirə edilib.