ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları bitkilərdə xəstəlik törədən virusların monitorinqini aparıblar

Bakı, 12 iyul, AZƏRTAC

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları - biologiya üzrə fəlsəfə doktorları Nərgiz Sultanova və Səmra Mirzəyeva, kiçik elmi işçi Nərgiz Bayramova, 1-ci kurs magistrantı Aytac Quliyeva Salyan rayonunun Yenikənd, Seyidli və Marışlı kəndlərində elmi ezamiyyətdə olublar.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, bununla yanaşı, Səmra Mirzəyeva və Nərgiz Bayramova Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələrində, Göytəpə qəsəbəsində, Masallı və Şamaxı rayonlarının kəndlərində ekspedisiyalarda iştirak ediblər. Ekspedisiyaların məqsədi üzüm bitkisində yarpağın burulması xəstəliyini (Grapevine Leafroll Disease) törədən virusları, pomidorda ümumi virusları və digər tərəvəz və bostan bitkilərində Potyvirusları aşkar etmək olub. Pomidor bitkisində yarpaqların ayasının xırdalanması, nekroz və sarı ləkələr, həmçinin virusların transmissiyasında böyük rol oynayan ağqanadlı kəpənəklərlə örtülmüş yarpaqlardan nümunələr toplanılıb. Bostan bitkilərində sarı mozaika, nekroz ləkələr, yarpaqların çürüməsi kimi hallar müşahidə edilib. Viral infeksiyalar zamanı üzüm bitkisinin yarpaqlarında al-əlvan mozaika, yarpaq ayasının kiçilməsi, tənəyin boyunun qısalması kimi hallar müşahidə olunub. Ekspedisiyalar zamanı pomidor, xiyar, yemiş, qarpız kimi tərəvəz və bostan bitkilərinin, həmçinin üzüm bitkisinin virus patogenezi zamanı simptomatik əlamətləri olan yarpaqlarından nümunələr götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.