Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Monteneqronun Prezidenti Milo Cukanoviçdən

Hörmətli cənab Prezident.

Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafına göstərdiyiniz diqqətə görə minnətdarlığımı bildirirəm.

Sizinlə gələcək görüşlərimizi səbirsizliklə gözləyir, müdrik rəhbərliyinizlə dost Azərbaycanın inkişafından məmnunluq duyuram.

Zati-aliləri, ən dərin ehtiramımı, səmimi təbriklərimi və salamlarımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Milo Cukanoviç

Monteneqronun Prezidenti.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin