Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru Alevtina Çernikovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından təbrik edirəm.

Sizin öz işinizə yaradıcı münasibətiniz, parlaq lider keyfiyyətləriniz və mürəkkəb məsələlərin həllinə peşəkarlıqla yanaşmağınız yüksək məqsədlərə nail olmağınıza imkan verir. Öz vəzifənizə sadiqliyiniz, hərtərəfli biliyiniz, daim peşəkarlıq səviyyənizi artırmağa çalışmağınız haqlı olaraq Sizə həmkarlarınızın və dostlarınızın hörmətini qazandırıb.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, firavanlıq və tükənməz enerji diləklərimi qəbul edin.

Hörmətlə,

 

Alevtina Çernikova

Moskva Polad və Xəlitələr İnstitutu

Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin