Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Moskvada Azərbaycan və Rusiyanın vergi orqanlarının rəqəmsallaşma imkanları barədə müzakirələr aparılıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında ticarət, nəqliyyat, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahələrində qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi məqsədilə imzalanmış “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı” çərçivəsində birgə əməkdaşlıq davam edir. Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində ölkələr arasında qarşılıqlı əməkdaşlıq Rusiya Federasiyasının Maliyyə Nazirliyi yanında Federal Vergi Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələrindən ibarət işçi qrup formatında aparılır. Bugünədək işçi qrupun 2 iclası keçirilib.

DVX-nin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti işçi qrupun 3-cü iclasında iştirak etmək üçün Moskva şəhərinə səfər edib. DVX rəisi Orxan Nəzərli Federal Vergi Xidmətinin rəhbəri Daniil Yeqorovla görüşüb.

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi görüşdə iki ölkənin vergi xidmətləri arasında əlaqələr və əməkdaşlıq məsələləri, həmçinin vergi orqanlarının rəqəmsallaşma sahəsində həyata keçirilən işləri barədə geniş spektrdə müzakirələr aparılıb, ölkələrin bu sahədə təcrübələri ilə bağlı təqdimatlar olub. O.Nəzərli vurğulayıb ki, Azərbaycan Rusiya vergi orqanlarının rəqəmsallaşma sahəsində təcrübəsini yaxından izləyir və mütərəqqi yeniliklərin milli vergi sistemində tətbiqi imkanlarını araşdırır.

Son illər Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə danışan O.Nəzərli “kölgə iqtisadiyyatı”nın miqyaslarının aşağı salınması, biznesin fəaliyyətinin leqallaşdırılması, şəffaflaşdırılması və dövriyyələrin “ağardılması” istiqamətində tətbiq olunan rəqəmsal nəzarət mexanizmləri, eləcə də bu sahədə həyata keçirilən tədbirlərin fiskal nəticələri barədə məlumat verib.

Qeyd edilib ki, pandemiyanın səngiməsi və iqtisadi mühitin yenidən öz aktivliyini bərpa etməsi ÜDM-in yenidən artımına, xüsusilə də qeyri-neft sektorunda əhəmiyyətli canlanmaya gətirib. Cari ilin 8 ayında ÜDM-in 3,6 faiz artımı qeydə alınıb. İqtisadiyyatda müşahidə edilən pozitiv proseslər, həmçinin vergi bazası üzərində effektiv rəqəmsal nəzarətin tətbiqi vergi daxilolmalarının artımına müsbət təsir edir.

DVX rəisi, həmçinin Azərbaycanın vergi sistemində həyata keçirilən layihələr barədə rusiyalı həmkarlarını məlumatlandırıb. Ölkəmizin pərakəndə ticarət sektorunda tətbiq edilən və həyata keçirilən əməliyyatlara məsafədən nəzarət imkanı verən yeni nəsil onlayn kassa aparatları barədə danışan O.Nəzərli indiyədək 45 mindən çox belə kassaların praktiki tətbiq olunduğunu bildirib.

Görüş çərçivəsində ölkəmizdə “kölgə iqtisadiyyatı”nın azaldılmasına yönəldilmiş və təsərrüfat subyektlərinin şəffaflığının artırılmasını hədəfləyən “ƏDV geri al” layihəsi barədə də məlumat verilib.

Qeyd olunub ki, 2020-ci ilin may ayından tətbiq edilən bu sistem vasitəsilə istehlakçılar alış zamanı ödənilmiş ƏDV-nin bir hissəsini geri ala bilirlər. Bu zaman onlar ticarət obyektlərindən kassa çeklərini tələb etməli və onu xüsusi yaradılmış portalda qeydə almalıdırlar. İstehlakçıların kassa dövriyyələrinin şəffaflaşmasında birbaşa iştirakını nəzərdə tutan bu layihə sayəsində indiyədək portalda 300 milyondan çox kassa çeki qeydə alınıb, istehlakçılara 119,6 milyon manat geri ödənilib.

DVX rəisi vergiödəyicilərinə göstərilən elektron xidmətlər barədə də məlumat verərək bildirib ki, vergi orqanları sahibkarlara 69 elektron xidmət göstərir. Hazırda bu xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Görüşdə Rusiya tərəfinin rəqəmsallaşma sahəsində milli təcrübəsi ilə bağlı təqdimatlar olub. Federal Vergi Xidmətinin “ƏDV-nin büdcədən qaytarılmasına avtomatlaşdırılmış nəzarət sistemi” (АСК НДС 2) nümayiş etdirilib. Bu sistem vergiödəyicilərinin təqdim etdiyi bəyannamələrdə səhvlərin, şirkətlər və fərdi sahibkarlar tərəfindən istifadə olunan riskli və qeyri-real əməliyyatların müəyyən edilməsi üçün tətbiq olunur. Rusiyada tətbiq edilən kassa aparatları üçün müasir IT nəzarət sistemi də maraqlı təqdimatlardan olub. Rusiya vergi orqanları bu sistem vasitəsilə onlayn rejimdə ödəyicilərin bütün kassa əməliyyatlarını izləyir. Kassa aparatlarının istifadəsi sahəsində sui-istifadə hallarını istisna etmək üçün aparılan monitorinq məlumatları sonradan yoxlamaların təyin olunması üçün əsas rol oynayır.

Federal Vergi Xidmətinin nümayiş etdirdiyi növbəti təqdimat fərdi əməklə məşğul olanların vergitutma sistemi ilə bağlı olub.

Bildirilib ki, 2019-cu ildən özünüməşğul vətəndaşlar üçün yeni xüsusi vergi rejimi tətbiq edilir. Peşə gəlirlərinə vergini müəyyən edən bu rejim 10 il müddətinə Rusiyanın bütün subyektlərini əhatə edir. Özünüməşğul vergiödəyiciləri xüsusi rejimdə çalışmaq istəyini könüllü müəyyən edir, bu rejimdə fəaliyyət göstərən şəxslər vergilərini güzəştli dərəcə ilə (4 və ya 6 faiz) ödəyirlər. Rusiya tərəfinin sonuncu təqdimatı elektron sənəd idarəetmə sistemi ilə bağlı olub. Təqdimatda sərhədlərarası elektron sənəd dövriyyəsinin təşkili üçün ikitərəfli pilot layihənin hazırlanması və işə salınması ilə bağlı imkanlar nümayiş olunub.

Görüşdə Azərbaycan nümayəndə heyəti də ölkəmizdə rəqəmsallaşma sahəsində həyata keçirilən bir sıra layihələr üzrə təqdimatlar edib. Əvvəlcə ƏDV üzrə vahid depozit hesabının istifadəsi və subhesabların idarə olunması sistemi nümayiş olunub. Bu sistem vergiödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülmə işlərinin yerinə yetirilməsini əhatə edir.

Nəzərə çatdırılıb ki, bu sistemin tətbiqi ƏDV üzrə ödəmələrin sistemləşmiş hərəkətinə nəzarəti təmin etməyə imkan verib. Vergiödəyicisi ƏDV depoziti hesabında olan vəsaitindən istifadə etməklə vergilərlə bağlı dövlət büdcəsinə, ƏDV ilə bağlı dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına, o cümlədən digər vergiödəyicilərinin ƏDV sub-uçot hesablarına ödənişləri həyata keçirir. Eyni zamanda, vergi orqanı vergiödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir.

Azərbaycan tərəfinin digər təqdimatı yeni nəsil onlayn kassaların tətbiqini təmin edən monitorinq sistemi ilə bağlı olub. Təqdimat zamanı Rusiya vergi orqanlarının tətbiq etdiyi sistemlə müqayisələr aparılıb. Tərəflər sistemlərin fəaliyyəti və imkanları, həmçinin “ƏDV geri al” layihəsinin tətbiqi və məqsədləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, daxil olan məlumatların saxlanılması və təhlili üzrə gələcəkdə ölkələrarası təcrübə mübadiləsinin aparılması razılaşdırılıb.

Daha bir təqdimat Azərbaycanda tətbiq olunan beynəlxalq vergitutma məsələləri ilə bağlı olub. Ölkəmizdə vergi məqsədləri üçün məlumat mübadiləsi proqramlarında iştirak və əldə edilmiş məlumatların emalı, bağlanmış ikitərəfli və çoxtərəfli sazişlər, beynəlxalq təşkilatların iştirakı ilə həyata keçirilən layihələr, tvinninq proqramları barədə məlumat verilib.

Səfər zamanı işçi qrupun 3-cü iclası keçirilib. İclasda vergi xidmətlərinin müxtəlif sahələrdə rəqəmsallaşma imkanları barədə geniş müzakirələr aparılıb. Müzakirələrin əsas mövzuları elektron xidmətlərə ƏDV-nin tətbiqinin inzibatçılığı, elektron ticarət üzərində nəzarətin təmin edilməsinə yanaşmalar, yerli rezidentlər tərəfindən nəzarət edilən xarici şirkətlərlə vergi orqanlarının qarşılıqlı fəaliyyətinin praktiki təcrübəsi, vergiödəyiciləri üçün interaktiv xidmətlər, iri ticarət mərkəzlərində (bazarlar, yarmarkalar və sair) operativ nəzarətin təşkili, vergi monitorinqi sisteminin tətbiqi, həmçinin avtomatik məlumat mübadiləsi çərçivəsində alınan məlumatların istifadəsi olub. İşçi qrupun iclasında qarşılıqlı təcrübə, həmçinin vergi inzibatçılığının bir sıra sahələri üzrə məlumat mübadiləsi aparılıb, dünyada tətbiq olunan beynəlxalq standartlar və son tendensiyalar müzakirə edilib.

İclasın sonunda tərəflər arasında protokol imzalanıb. Tərəflər gələcəkdə vergi inzibatçılığı sahəsində, o cümlədən ƏDV inzibatçılığı və yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi sistemləri, elektron kommersiyaya nəzarət, iri ticarət mərkəzlərində operativ nəzarət mexanizmləri sahələrində mütərəqqi təcrübələr barədə məlumat mübadiləsi aparmağı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı çərçivəsində məlumat mübadiləsi sisteminin təcrübəsi əsasında maliyyə informasiyalarının mübadiləsi və ondan istifadə edilməsini, eləcə də təsərrüfat subyektlərinin sərhədlərarası elektron sənəd dövriyyəsinin təşkili üçün ikitərəfli pilot layihənin hazırlanması ilə bağlı imkanları nəzərdən keçirməyi qərara alıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir