CƏMİYYƏT


Mövlud Çavuşoğlu: Azərbaycana məxsus daha 50 yanğınsöndürən maşın və 150 yanğınsöndürən mütəxəssis Türkiyəyə gəlir

İstanbul, 6 avqust, AZƏRTAC

Təyyarə və helikopterlərlə bağlı işlər davam edir. Azərbaycanın bir təyyarəsi artıq Dalamana gəlib. Hazırda Azərbaycana məxsus daha 50 yanğınsöndürən maşın və 150 yanğınsöndürən mütəxəssis Türkiyəyə gəlir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qardaş ölkədə davam edən meşə yanğınları ilə bağlı ölkənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum və nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə birgə mediaya açıqlamasında bildirib.

Qeyd edilib ki, bu gün beş vilayətdə 14 fərqli nöqtədə yanğınla mübarizə aparılıb. Bəzi ərazilərdə nəzarət əldə olunub və soyutma işlərinə başlanılıb. Bir sıra bölgələrdə söndürmə işləri davam edir.

Bölgədə əsən küləyin təsirinin avqustun 6-da azalacağının gözlənildiyini deyən nazir bunun söndürmə işlərinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

Nazir deyib: “Antalyada baş verən yanğında 7 nəfər həlak olub, 770 vətəndaşımız xəsarət alıb. Onlardan 750-si artıq evə buraxılıb. Digər 6 yaralının müalicəsi davam edir. İlkin araşdırmalara əsasən, yanğınlar zamanı 2164 tikili zərər görüb. Zərər çəkən vətəndaşlarımıza maddi yardımımız davam edir. İndiyədək 1055 ailəyə ümumilikdə 17 milyon türk lirəsi məbləğində ödəniş edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.