Mövlud Çavuşoğlu: İsveçdən götürdüyü öhdəliklərlə bağlı daha təsirli addımlar gözləyirik VİDEO
AzerTAg.az

Ankara, 30 noyabr, AZƏRTAC
Türkiyənin terror hücumuna məruz qaldığı vaxtda (Taksimdə baş verən və atılan raketlərlə bağlı son terror aktları) İsveçin yeni hökuməti bəzi müttəfiqlərimizdən daha güclü açıqlamalar verdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə keçirilən NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında ifadə edib.
Nazir diqqətə çatdırıb ki, Türkiyə İsveçdən götürdüyü öhdəliklərlə bağlı daha təsirli addımlar gözləyir.
Mövlud Çavuşoğlu təəssüflə bildirib ki, ABŞ başda olmaqla bəzi müttəfiqlərimiz Suriyadakı terror təşkilatlarına verdikləri dəstək açıq şəkildə ortadadır. Bu cür köməkliklərin dayandırılması çox vacibdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Xəbərin mətnində orfoqrafik səhv var