Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2015, № 4, maddə 355, № 11, maddə 1260; 2017, № 3, maddə 332, № 5, maddə 736; 2018, № 4, maddə 652, № 12 (I kitab), maddə 2529; 2019, № 1, maddə 28, № 4, maddə 600, № 6, maddə 993; 2020, № 5, maddə 515) aşağıdakı dəyişikliklər edilsin:

1. 24-1-ci maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dəyəri borclunun aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən aktivlərin satış planına daxil edilmədən satılmasına yol verilmir.”.

2. 41-1-ci maddə üzrə:

2.1. 5-ci hissənin beşinci cümləsi çıxarılsın;

2.2. 6-cı hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Hər bir təminatlı kreditorlar qrupu daxilində səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən təminatlı kreditorlar iştirak edir.”.

3. 41-2-ci maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

“5. Sağlamlaşdırma planında eyni kreditorlar qrupu daxilində bütün kreditorların hüquqları növbəlilik qaydasında bərabər təmin edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin