SİYASƏT


Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO

Bakı, 25 sentyabr, AZƏRTAC

Müdafiə nazirinin təsdiqlədiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plana əsasən, həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilən bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.

Məşğələlərdə əsas məqsəd komandirlərin bölmələri idarəetmə bacarıqlarının praktiki yoxlanılması, onların döyüş, vəziyyəti qiymətləndirmə və yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbuletmə vərdişlərinin daha da təkmilləşdirilməsidir.

Praktiki məşğələlərə cəlb edilən bölmələrin şəxsi heyəti mühəndis qoşunlarında silahlanmaya qəbul olunmuş müasir mühəndis texnikası və avadanlığın səmərəli istifadəsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

Məşğələlərdə əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarından tətbiq edilməsinə yönəlib. Mühəndis yol bölmələri tərəfindən ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, məftil maneələrin dəf olunması və digər tapşırıqlar da icra edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.