REGİONLAR


Mülki Müdafiə Alayında praktik məşğələlər təşkil edilib

Naxçıvan, 12 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında hazırlıq planına uyğun olaraq praktik məşğələlər təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə sinif şəraitində nəzəri cəhətdən keçilən dərslər praktik məşğələlərdə daha da təkmilləşdirilib. Məşğələlər zamanı xilasedici dalğıclar qrupunun dalğıc avadanlıqlarından istifadəsi və xilasedici qayıqların taktiki-texniki göstəriciləri üzrə bilikləri daha da artırılıb.

Fövqəladə hadisə baş vermiş ərazidə kəşfiyyat işləri aparılıb, zərərçəkənlərin yerləri və dağıntının miqyası müəyyənləşdirilib, uçqunlar altında qalmış zərərçəkənlər xilas edilərək ilk tibbi yardım göstərilib.

Xilasedicilərin fiziki hazırlıqlarının artırılması məqsədilə mülki müdafiə qoşunlarının maneələr zolağı dəf edilib, pirotexniki heyət minalanmış sahələrdən keçidlər açaraq partlamayan minaları zərərsizləşdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yüksək dağlıq ərazilərdə və hündürmərtəbəli binalarda xilasetmə işlərinin aparılmasını və zərərçəkmişlərin təxliyəsini praktik icra edib.

Müasir yanğınsöndürmə avtomobillərinin taktiki-texniki imkanları və yanğınsöndürmə avadanlıqları üzrə şəxsi heyətin bilikləri təkmilləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.