DÜNYA
Münxendə adamlara hücum etmiş şəxs anlaqsız vəziyyətdə imiş
Berlin, 18 avqust, AZƏRTAC
Dünən Münxen əyalət məhkəməsi 2016-cı ilin may ayında Qrafinq şəhər vağzalında insanlara bıçaqla hücum etmiş 28 yaşlı X.Paulu psixi cəhətdən anlaqsız hesab edib. AZƏRTAC xəbər verir ki, hakimlər X.Paulun qapalı psixiatrik klinikaya yerləşdirilməsi barədə sərəncam veriblər.
Onlar deyiblər: “X.Paul anlaqsız hesab edilib, çünki o, öz hərəkətlərinə nəzarət edə bilməyib”.
Məhkəmə tibbi ekspertiza məlumatlarına görə, X.Paul biopolyar effektiv pozuntudan əziyyət çəkir və ətrafdakılar üçün təhlükəlidir.
Xatırladaq ki, 2016-cı il mayın 10-da X.Paul əlindəki mətbəx bıçağı ilə əvvəlcə elektrik qatarında bir sərnişinə, daha sonra vağzalda başqa bir sərnişinə hücum edib. Bundan sonra o, biri qəzet daşımaqla məşğul olan iki velosipedçiyə hücum edib. Nəticədə 4 nəfər yaralanıb, sonradan bu adamlardan biri ölüb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin