SİYASƏT


Musa Quliyev: Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı vətəndaşlarımızın mənzil və yaşayış şəraitinin yaxşılaşmasına o, cümlədən sosial rifahının inkişafına təsir edəcək. Fərmandan da göründüyü kimi, uzun müddətdir vətəndaşların mənzillərin sənədləşdirilməsində üzləşdikləri problem aradan qaldırılacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Deputat qeyd edib ki, bəzi çoxmənzilli binaların sakinləri kommunal xidmətlərdən istifadədə çətinliklərlə üzləşirdilər. Prezidentin imzaladığı Fərman əsasında vətəndaşlar qaz, su, işıq problemindən tam azad olacaqlar. Fərmanda müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. Heç bir əngəl olmadan bəzi çoxmənzilli binaların sənədləşdirilməsi işi həyata keçiriləcək. Vətəndaşların vaxt itkisi ilə üzləşməməsi üçün sənədlərin hazırlanması prosesi elektron qaydada aparılacaq. Bununla da Prezident İlham Əliyev daha bir “çoxillik həllolunmaz problem”ə son qoydu. Dövlətimizin başçısı növbəti dəfə on minlərlə ailəni sevindirdi.

Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasının daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu deyən deputat əlavə edib ki, məcburi köçkünlər, şəhid ailələri və əlillər üçün on minlərlə mənzillər tikilib istismara verilib. Bundan başqa, sosial evlər layihəsi uğurla həyata keçirilir ki, bu da xeyli sayda gənc ailənin mənzil sahibi olmasına yol açır. Prezidentin bugünkü Fərmanı olduqca böyük əhəmiyyətə malikdir. Bu, inqilabi bir qərardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.