MƏDƏNİYYƏT
Musiqi məktəbinin növbəti uğuru
Bakı, 27 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 33 nömrəli uşaq musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin şagirdi Əliabbas Musayev “Qavaldaş” zərb alətlərinin müxtəlif növlərində ifası üzrə uşaq və gənclərin IV respublika onlayn festival-müsabiqəsində iştirak edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Əliabbas Musayev nağara nominasiyası üzrə 12-16 yaş qrupları arasında çıxış edərək III yerə layiq görülüb. Bu nəticə ilə Əliabbas beynəlxalq müsabiqənin yarımfinalına keçib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Heydər Əliyev Sarayı ilə birlikdə keçirilən “Bizi də tanıyın” adlı layihədə Əliabbas Musayev “Azərbaycan ritmləri” kompozisiyası ilə çıxış edib və bu çıxışı “Mədəniyyət” kanalında, Heydər Əliyev Sarayının “YouTube” kanalında yayımlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]