MƏDƏNİYYƏT


Musiqi məktəbinin şagirdləri onlayn festival-müsabiqədə uğurla çıxış ediblər

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi “Qələbə Günü” adlı I onlayn festival–müsabiqə keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd sosial izolyasiya şəraitində musiqi təhsilinin inkişafdan qalmaması, istedadlı uşaq və gənclərin böyük səhnəyə çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensiallarının yüksəldilməsi idi.

Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri bu onlayn müsabiqədə uğurla çıxış ediblər. Məktəbin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri müxtəlif dərəcəli diplomlarla təltif olunublar.

Fortepiano nominasiyası üzrə Əbdüləli Hüseynli, Prezident təqaüdçüsü Cəmil Sədizadə fəxri fərmanla, Lalə Nəcəfova, Samirə Cəfərli I dərəcəli diplomla, Kubra Həşimli II dərəcəli diplomla mükafatlandırılıblar.

Xalq çalğı alətlər nominasiyası üzrə Orxan Hüseynov II dərəcəli (kamança ixtisası), Zərəndam Azayeva III dərəcəli (qanun ixtisası) diplomlarla təltif olunublar.

Həmçinin məktəbin fortepiano ixtisası üzrə Əməkdar müəllimi Tamilla Məmmədova təşəkkürnamə ilə mükafatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.