ELM VƏ TƏHSİL
Müxtəlif rəng filtrləri ilə çəkilmiş şəkillərin birgə emalı məqsədilə tədqiqatlar aparılır
Bakı, 27 yanvar, AZƏRTAC
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Yer səthinin məsafədən tədqiqi üsullarından biri kimi müxtəlif rəng filtrləri ilə çəkilmiş şəkillərin birgə emalı tətbiq olunur. Bu məqsədlə filtrlənmiş şəkillərdən rəngli şəkillərin alınması, fotosintez əmsalının hesablanması istiqamətində tədqiqatlar aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, böyük obyektlərin lazımi dəqiqliklə çəkilişini aparmaq üçün bir neçə kadr çəkmək lazım gəlir. Hazırda bu kadrları vahid şəkildə birləşdirə bilən proqram modulunun işlənilməsi istiqamətində işlər aparılır.