İQTİSADİYYAT
Muzdla işləyənlərin 1,7 faizi informasiya və rabitə sahələrində məşğul olub
Bakı, 12 fevral, AZƏRTAC
Yanvarın 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,1 min nəfər olub və onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, muzdla işləyənlərin 1,7 faizi informasiya və rabitə, 22,2 faizi təhsildə, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində və 17,3 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.
2014-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 444,3 manat təşkil edib. İqtisadiyyatın informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq nominal əməkhaqqının daha yüksək olduğu qeydə alınıb.