Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«NARKOLOJİ XİDMƏT VƏ NƏZARƏT HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNADƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

«Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 596) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci bəndin altıncı abzası çıxarılsın və yeddinci – on səkkizinci abzaslar müvafiq olaraq altıncı – on yeddinci abzaslar hesab edilsin;

1.2. 2-ci bənddə:

- üçüncü abzasdan «8.4-cü,» sözü çıxarılsın;

- dördüncü abzasda «və 8.2-ci maddələrində» sözləri «maddəsində» sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. öz səlahiyyətləri daxilində «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin