Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

N.İ.Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsinə razılıq verilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən qərara alır:

Novruz İsmayıl oğlu Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilsin.

 

O.Əsədov

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 21 aprel 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin